Abdullah ibn Səd

Abdullah ibn Səd (VII əsr, Məkkə656, Aşkelon, Cənub dairəsi, ərəb. عبد الله بن سعد بن أبي السرح‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri.

Abdullah ibn Səd
Doğum tarixi VII əsr
Doğum yeri
Vəfat tarixi 656
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d], vali[d]

Onun tam adı Əbu Yəhya Abdullah ibn Sad ibn Əbu Sarh əl-Qureyşi əl-Əmiridir. Abdullah ibn Sədin doğum tarixi haqqında heç bir məlumat yoxdur. O, Qureyş qəbiləsinin Əmir ibn Luay nəslindən olmuşdur. Osman ibn Əffanın süd qardaşı idi.

O, Hüdeybiyyə müqaviləsindən əvvəl İslamı qəbul edərək Mədinəyə köçür. Orada Məhəmməd peyğəmbər üçün vəhylər yazır. Bir müddət sonra İslamdan uzaqlaşaraq Məkkəyə qaçır[1][2]. 630-cu ildə Məkkənin fəthindən sonra İslamı qəbul edir[3][4]. Onu öldürmək istədikdə, Osman ibn Əffan onun üçün şəfaət edir və o, əfv olunur[5]. Daha sonra Abdullah Osmanın xəlifə seçilməsi üçün təbliğat apararaq xilas etdiyinə görə ona minnətdarlığını bildirir[6].

630-cu illərdə Suriyanın fəthində iştirak etmişdir. 642-ci ildə o, Nubiya xristian dövlətinə qarşı kampaniyaya rəhbərlik etmişdir, lakin Abdullah uğursuzluğa düçar olur[7]. Nubiyalıların uğurlu müqaviməti müsəlmanlarla “baxt” (lat. Pactum – “razılaşma”) kimi tanınan barışıq əldə edilməsinə gətirib çıxardı ki, bu razılaşmaya əsasən nubiyalılar ildə 360 qul verməli olur. Əvəzində isə ərəblər isə onları taxıl, tekstil və s. ilə təmin etməli idilər[8][9][10]. Bəzi mənbələrdə müqavilənin 652-ci il aprel tarixində imzalandığı bildirilir[11]. Müqaviləyə Fatimilər dövrünə qədər əməl edilmişdir[12].

Əmr ibn əl-Asla birlikdə Misirin fəthində iştirak etmişdir. Xəlifə Ömər ibn Xəttab dövründə, Yuxarı Misiri idarə edir. Xəlifə Osman Misirin maliyyə işlərini Abdullaya, inzibati işləri isə Əmrə həvalə etmək istəyirdi. Əmrin etirazından sonra onu vəzifəsindən azad edir və Abdullahı Misirin valisi təyin edior (646-cı ilə qədər). 646-cı ildə İsgəndəriyyədə Manuelin üsyanını yatıra bilmədiyindən Əmr ibn As Misirə geri çağırılır. O, yeni əyalətdə bir idarə qurur və vergi sistemini sadələşdirir, divan quraraq ölkənin bütün vergilərinin orada tənzimlənməsini əmr edir[13]. Onun sayəsində Misir xilafətin ən zəngin əyalətlərindən birinə çevrilir. 647-ci ildə iyirmi minlik ordunun başında Tripolitaniyadakı Bizans mülklərinə qarşı hərəkətə keçir və Tripolini ələ keçirir. Həmin il Sufetuli döyüşündə həlak olan Ekzarx Qriqorini məğlub edir. Abdulla Bizatseni qarət etdi və sonra Tripoliyə çəkilərək 300 quintar fidyə alır. Tezliklə o, yeni İfrikiya Ekzarxı ilə illik 2 ton qızıl xərac haqqında razılığa gəlir.

Misirə qayıdan Abdullah ibn Səd güclü bir donanma qurur və onun əsasında Suriyanın valisi Müaviyə ilə birlikdə 648-649-cu illərdə Kiprə yürüş edir və sakinləri illik 7200 dinar xərac ödəməyə məcbur edir. 651-ci ildə o, məğlub etdiyi Nobatiya dövlətinə qarşı yürüş edir. 652-ci ildə Mukurra çarlığının paytaxtı Donqoleni ələ keçirir. Lakin sonda o, sülh müqaviləsi bağlayaraq geri çəkilmək məcburiyyətində qalır. müqaviləyə əsasənsərhəd Əsvan şəhəri yaxınlığında müəyyən edilir.

655-ci ildə güclü donanmanın başında Kiçik Asiya sahillərinə hücum edir. Finike döyüşündə o, imperator II Konstantın başçılıq etdiyi Bizans donanmasını ağır məğlubiyyətə uğradır. Bizans donanmasının gəmilərinin dirəkləri uzaqdan meşəyə bənzədiyindən bu döyüş Zat əl-savari (“dirəklərin döyüşü”) adlanırdı.

656-cı ildə o, üsyan edilən xəlifə Osmanın köməyinə tələsir, lakin Abdullah Mədinəyə gəlməmişdən əvvəl xəlifə öldürülür. Bundan sonra o, Misirə qayıtmaq qərarına gəlir, lakin orada hakimiyyəti Məhəmməd ibn Əbu Xuzeyfə ələ keçirir. Buna görə də Abdullah Müaviyənin himayəsi altında Suriyaya gedir.

O, təxminən 657-ci ildə Aşkelonvə ya Ramlada vəfat etmişdir. Onun 657-ci ildə Siffeyn döyüşündə iştirak etdiyi barədə məlumat yalandır. Məhəmməd peyğəmbərdən yalnız bir hədis nəql edilmişdir.

  1. "al-Tabari's Tafsir for 6:93". 2015-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  2. "Abdullah Ibn Sad Ibn Abi Sarh: Where Is the Truth?". 2011-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12.
  3. ‘Абдуллах ибн Са‘д Arxivləşdirilib 2021-10-07 at the Wayback Machine // sunna.e-minbar.com
  4. Al-Tabari, «History of al-Tabari Vol. 9 — The Last Years of the Prophet», transl. Ismail K. Poonawala, p.148, Albany: State University of New York Press
  5. W. Montgomery Watt: Muhammad at Medina. Clarendon Press, Oxford 1972, S. 68;
    Ibn ʿAbd al-Barr: al-Istīʿāb fī maʿrifat al-aṣḥāb. Band 3. Ed. al-Biǧāwī, Kairo o. J., S. 918.
  6. "Translation of Sunan Abu-Dawud (partial). Translated by Professor Ahmad Hasan (online) Hadith 14:2677". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12.
  7. Derek A. Welsby: The Medieval Kingdoms of Nubia. Pagans, Christians and Muslims on the Middle Nile. The British Museum Press, London 2002, ISBN 0-7141-1947-4, S. 68-69.
  8. Charles C. Torrey (Hrsg.): The history of the conquest of Egypt, North Africa and Spain, known as the Futūḥ Miṣr. New Haven 1927. S. 188—189
  9. Philip Khūrī Hitti (Hrsg.): The Origins of the Islamic State, Columbia University 1916. S. 380—381
  10. Siehe auch: P. Forand: Early Muslim Relations with Nubia. In: Der Islam 48 (1972), S. 111—121; Hugh Kennedy: Egypt as a province in the Islamic caliphate, 641—868. In: Carl F. Petry (Hrsg.): The Cambridge History of Egypt. Bd. 1. Islamic Egypt. 640—1517. 1998. S. 67-68
  11. Muḥammad Ḥamīdullāh: Maǧmūʿat al-waṯāʾiq as-siyāsiyya lil-ʿahd an-nabawī wal-ḫilāfa ar-rāšida (Sammlung der politischen Dokumente aus der Zeit der Prophetie und der rechtgeleiteten Kalifen). Beirut 1969. S. 393—394; Nr. 369; Wilhelm Heffening: Das islamische Fremdenrecht bis zu den islamisch-fränkischen Staatsverträgen. Eine rechtshistorische Studie zur Fiqh. Neudruck der Ausgabe Hannover 1925. 1975. S. 96-97
  12. The Encyclopaedia of Islam. New Edition. Brill, Leiden. Bd. 8, S. 88
  13. Archdeacon George (fl. 715), as transferred to Severus of Muqaffa; B. Evetts. Benjamin I // History of the Patriarchs of the Coptic church of Alexandria. 1904. 2015-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12. On George’s authorship of Lives 27-42:Robert G. Hoyland. Seeing Islam As Others Saw It. Darwin Press. 1998. səh. 447.