Üzüklərin Hökmdarı: Qüvvət üzükləri (ing. The Lord of the Rings: The Rings of Power) — Con Tolkinın Orta Dünya haqqında əsərləri əsasında çəkilən teleserial.
Üzüklərin hökmdarı: Qüvvət Üzükləri | |
---|---|
The Lord of the Rings: The Rings of Power | |
Janr |
Fentezi Macəra |
Əsaslanır | C.R.R. Tolkinın legendariumu |
İlk baxış tarixləri | 2 sentyabr 2022[1] |
Rejissor | Xuan Antonio Bayona, Ueyn Yip |
Prodüser |
Ron Eyms Kristofer Nyuman İcraçı prodüserlər: Con D. Peyn Patrik MakKey Lindsi Ueber Kallum Qrin X. A. Bayona Belén Atienza Castin Dobl Ceyson Keyhil Cenifer Hatçison Bryus Riçmond Şeron Tal İquadu |
Ssenarist | Con Tolkin, Patrik MakKey, Con D. Peyn |
Rollarda | |
Bəstəkar | Hovard Şor, Bear Makriri |
İstehsalçı ölkə | ABŞ |
İl | 2021 |
Studiya | Amazon Studios, Tolkien Estate, The Tolkien Trust, HarperCollins və New Line Cinema |
Dil | İngiliscə |
Davametmə müddəti | 70 ± 1 dəq. |
Telekanal | Amazon Prime Video |
IMDb | ID7631058 |
Vikianbarda əlaqəli mediafayllar |
Amazon Prime Video vasitəsilə yayımlanacaq proyektin hazırlanmasına 2017-ci ildə başlanılıb. 2019-cu ildə isə teleserialın çəkilişinə start verilib.[2][3][4] Birinci mövsüm Legendariumun ikinci dövründə baş verən hadisələr haqqında bəhs edəcək. Hesablamalara görə teleserial tarixin ən bahalı seriallarından biri olacaq. Təkcə birinci mövsümün qiyməti təxminən 465 milyon ABŞ dollarına başa gələcək.[5]
13 Noyabr 2017-ci ildə Amazon Con Ronald Ruel Tolkinın "Üzüklərin hökmdarı" romanını ekranlaşdırma hüququnu qazandı[6][7]. Mətbuatda yayımlanan məlumatlara görə, Amazon, Tolkinın əsərləri hüquqlarına sahib olan təşkilatlarla (Tolkien Estate, HarperCollins və New Line Cinema) $ 200–250 milyon dollar müqabilində müqavilə bağladı, hansı ki Netflix şirkətinin təklif etdiyi məbləğindən çox idi. Müqavilənin şərtlərinə görə, Amazon iki il ərzində (yəni 2019-cu ilin noyabrına qədər) teleserialın istehsalına başlamalı idi[8]. Müqavilə beş mövsümün və mümkün olan spin-off çəkilişini nəzərdə tuturdu[8]. Serialın istehsal dəyərinin (əldə edilmiş müəllif hüquqları ilə birlikdə) 1 milyard dolları keçəcəyi və „tarixin ən bahalı teleserialı“ olacağı bildirilir[8][9]. Teleserial Piter Ceksonun film trilogiyasının televiziya versiyası olmuyacaq və "Üzük Qardaşlığı" kitabında təsvir olunan hadisələrdən əvvəl baş verəcəyi bildirilirdi. Teleserialın baş qəhrəmanı gənc Araqorn ola biləcəyi ilə bağlı ehtimallar var idi[10][11], lakin sonra bu ehtimal təkzib edilmişdir.
2018-ci ilin iyulunda layihənin icraçı prodüserləri və baş ssenaristləri Patrick Makkey və Con D. Peyn olacağı açıqlandı[12][13].
2019-cu ilin mart ayında Amazon, «Welcome to the Second Age» ("İkinci Dövrə xoş gəldiniz") imzası ilə Orta Dünya xəritələrini dərc etdi və tənqidçilər elə nəticəyə gəldilər ki ən azı birinci mövsüm Orta Dünyanın İkinci Dövründə baş verəcək. Xəritələrdə həm də Numenor adası görünür[14][15][16][17]. Tolkinın tədqiqatçısı və layihənin yaradıcı məsləhətçisi Tom Şıppi, birinci mövsümün İkinci Dövrdə baş verəcəyini və Amazon'un 2021-ci ildə birinci mövsümünü buraxmaq istədiyini təsdiqlədi[18]. Şıppinın fikrincə, birinci mövsüm 20 bölümdən ibarət ola bilər[18].
Spoyler sızmasının qarşısını almaq üçün istehsalı yüksək dərəcədə məxfiliklə aparılır[19][20].
3 iyul 2019-cu ildə teleserialın ilk iki bölümünün rejissoru Xuan Antonio Bayona olacağı məlum oldu[21].
18 sentyabr 2019 ildə teleserialın Yeni Zelandiyada çəkiləcəyi açıqlandı. Çəkiliş 2019 ildə başlayıb və Şimali adanın üç yerlərində aparılacağı bildirilib[22]. 2019-cu ilin noyabrında məlum oldu ki teleserialın ikinci və birinci mövsümləri paralel olaraq hazırlanır, yəni birinci və ikinci mövsümlərin buraxılışları arasında fasilə qısa olacaq[23].
2020 il mart ayının ortalarında,COVID-19 pandemiyasıynan əlaqədar Yeni Zelandiya sərhədlərinin bağlanmasına məcbur oldu, teleserialın istehsalı dayandırıldı. İş dayandırıldığı zaman layihə üzərində təxminən 800 nəfər işləyirdi[24].
19 yanvar 2022-ci ildə serialın rəsmi adı açıqlandı: «Üzüklərin Hökmdarı: Qüvvət Üzükləri» (ing. The Lord of the Rings: The Rings of Power)[25].
Covid-19 pandemiyasına görə Yeni Zelandiya digər ölkələrin vətəndaşlarına sərhədləri bağlasada "Üzüklərin Hökmdarı" teleserialınnan başqa altı film və teleserialların aktyorlarına və çəkiliş heyətinə bu qadağa yayılmırdı. Bu istisnalar iyunun 18-dək İqtisadi İnkişaf Naziri Fill Tuayford tərəfindən verilmişdir və teleserialın 93 çəkiliş heyəti üzvü ilə yanaşı onların 20 ailə üzvünə də verilmişdir. Növbəti bölümlərin hazırlığı 2020-ci ilin iyul ayında başladı və teleserialın çəkilişi sentyabrın 28-dən davam etdirildi. X. A. Bayona epizodların çəkilişini dekabrın 23-nə qədər tamamladı, sonrakı bölümlərin istehsalı isə 2021-ci ilin yanvarında, Milad tətilində iki həftəlik fasilədən sonra başladı. 2021 ilin martında teleserialın dörd bölümünün rejissoru Ueyn Yip olacağı məlum oldu[26].