İşimaki dağı (石巻山, İşimaki-san?) – Yaponiyanın Ayçi prefekturasının Toyohaşi şəhərində yerləşən dağ.
İşimaki dağı | |
---|---|
石巻山 | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 358 m[1] |
Yerləşməsi | |
34°47′21″ şm. e. 137°27′34″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İşimaki dağının böyük hissəsi əhəng daşından təşkil olunmuşdur.[3] Hündürlüyü 358 metrdir və şəhərin ən hündür nöqtəsidir.[4] Zirvəsində qıjı və topulqa yetişir. Dağın zirvəsi Milli Təbiət Abidəsi statusundadır. Burada şintoist məbədi, təbiətşünaslıq muzeyi, onsenlər və ryokan yerləşir.[3]
İşimaki dağı bir çox əfsanə və rəvayətlə tanınır. Əfsanələrin birinə görə bu dağın zirvəsinə dırmaşandalar "yeni mənliklərində" yenidən doğulurlar. Şuqendo keşişləri aydınma üçün axtarış praktikasını bu dağda icra edirdilər.[3]
Digər bir əfsanə Daydarabotçi adlı mifoloji nəhənglə bağlıdır. Dağın yamacında yerləşən ayaq izinə oxşar quruluş ona aid edilir. Belə ki, əfsanəyə görə o bir ayağını bu dağın yamacına, digərini Honqu dağının yamacına qoyaraq işəmiş və Toyo çayının yaranmasına səbəb olmuşdur. Həmin yeri göstərən lövhədə əslində bu "ayaq izinin" əhəng daşında baş vermiş eroziya nəticəsində yarandığı izah olunur.[3]
Dağda yerləşən mağara isə nəhəng ağ ilanla bağlı əfsanəyə ev sahibliyi edir. Əfsanəyə görə dağın yanında yerləşən bir kənd susuzluqdan əziyyət çəkirmiş və kəndin əhalisi yağışın yağması üçün dağa dırmaşaraq dua etmişdir. Bu zaman ilan mağaradan çıxmış və onlardan şintoist məbədi tikmələrini istəmişdir. Kəndlilər ilanın istəyini yerinə yetirdikdən sonra qayaların arasında su axmağa başlamış və kənd xilas olmuşdur. Əfsanədə adı çəkilən bu bulağın əslində Konoçiro gölməçəsi olduğuna inanılır. Bu gölməçənin suyu hələ də içməlidir və yerlilərin inancına görə suyunu içən xəstəliklərə qarşı dözümlülük əldə edir.[3]
İşimaki dağı kabuslar və UNO-larla bağlı hekayələrinə görə də tanınır. Şəhər əfsanələrinə görə bu dağ əslində yadplanentlilər tərəfindən tikilmiş piramidadır. Bu teoriyalar heç vaxt təsdiqlənməmişdir.[3]