İşxan (fədai)

Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van vilayəti)[1]Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi,[2] Daşnaksütun partiyasının üzvü.[3] O, Aram ManukyanArşak Vramyan[4] ilə birlikdə Van üsyanının başçılarından biri idi.[5]

İşxan
Şəxsi məlumatlar
Doğum adı Նիկողայոս Պողոսյան
­Նի­կոլ ­Մի­քա­յէ­լեան
Doğum tarixi 1883 və ya 1879
Doğum yeri
Vəfat tarixi 17 aprel 1915(1915-04-17) və ya 1915
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Erməni quldur dəstələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur.

Mikayılyan Şuşaİrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə AleksandropolQars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.

Mikayılyan Vanda yeraltı seperatçı təşkilat qurmuş, üsyan hazırlıqları aparmışdır.[6] O, 1908-ci ildə baş verən Gənc türklər inqilabından sonra fədai qruplarını ləğv etmək əmrini rədd etmişdir.

Nikol Mikayılyan 17 aprel 1915-ci il tarixində indiki Van ilinin Qayalar kəndində baş verən döyüşlərdə həlak olmuşdur.[7]

İrsi[redaktə | mənbəni redaktə et]

Ermənistan Respublikasının Sisian rayonunda yerləşən Qızılcıq kəndinin adı İşxanasar olaraq dəyişdirilərək Nikol Mikayılyanın şərəfinə adlandırılmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ovanisyan, Riçard G. Armenian Van/Vaspurakan (ingilis). Kosta-Mesa,. 2000 publisher=Mazda Publishers. səh. 212. ISBN 9781568591308. (#missing_pipe)
  2. Kevorkiyan, 2011. səh. 60
  3. "Վանայ Իշխան (Նիկոլ Պօղոսեան, Միքայէլեան. 1883-1915). Անվեհեր Դաշնակցական Ազատամարտիկը, անպարտելի Հայ Յեղափոխականը". Հայ Յեղափոխական Դաշնակցութիւն (erməni). 30 iyun 2020. August 31, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 30, 2020. (#redundant_parameters)
  4. Kevorkiyan, 2011. səh. 286
  5. Kevorkiyan, 2011. səh. 227
  6. Kevorkiyan, 2011. səh. 59
  7. Kevorkiyan, 2011. səh. 292

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kevorkiyan, Reymond H. The Armenian Genocide: A Complete History (ingilis). London: I. B. Tauris. 2011. ISBN 9781848855618.