İşxan qızılbalığı (lat. Salmo ischchan) və ya Göyçə fareli — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Göyçə gölünün endemik canlısıdır.
İşxan qızılbalığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Klad: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İşxan qızılbalığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
İşxan dörd 4 yarımnövə bölünür. Qış baxtağı və bocak — göl balıqları, Yay baxtağı və Qeqarkun — axarsu balıqlarıdır. İşxan — SSRİ-də yayılmış forellərin ən iri nümayyəndələri hesab edilidi. Onların uzunluğu 90 sm-dən 104 sm qədər, çəkiləri isə 17 kq təşkil edir. Balıqlar əsasən gölün dibində isə yayılmış molyusklarla qidalanırlar. Yetkinlik yaşına 4-6 illərdə çatırlar. Bu zaman uzunluqları 28-33 sm, çəkiləri isə 340—560 q təşkil edir[2]
Qış foreli — Göyçə forelinin ən iri yarımnövüdür. Bədən nahiyyəsində 104-119 pulcuq olur. 4-5 yaşlarında yetkinləşirlər.
Onlar gümüşü-ağ, beli isə dəmir rəngində olur. Dişilər çütləşmə zamanı rəngini elə də dəyişmir. Onlat 4 minə yaxın kürü qoyurlar.
Suyun səviyəsi endiyindən onları yerləşim yerlərinin böyük hissəsi sahillərdə balğığından sayları azalır. Hazırda cəmi 1,5 milyon baş Qış baxtağı qalmışdır
Göyçə gölü və ona tökülən çaylarının sularında yayılmışlar. Cavan balıqlar üzərində tünd zolaqlar və qəhvəyi-sarı, qırmızı nöqtələr vardır. Yetkin fərdlərin çəkiləri bəzən 16 kq çatır. Onlar əsasən zoopkanktonkarla qidalanırlar. Çoxalma əsasən çay və onların axarlarında baş verir.
Hazırda göyçə Gölündə sayları 1,6 milyon baş olması bildirilir.
Bu yarımnövə daxil balıqlar kürünü yaz və yayda qoyurlar. Bu çaylarda baş verir. Onların uzunluğu 55 sm, çəkiləri 1,9 kq təşkil edir. Bədənlərində 105-117 pulcuq olur.
2-7 yaşlarında yetkinləşirlər. Onlar 1200-ə qədər kürü qoya bilirlər. 1940-cı illərdə sayları 1,7 milyon, 60-x isə 0,8 milyon baş olaraq qiymətləndirilirdi. Hazırda isə bir necə min olaraq qiymətləndirilir.
Bu yarımnövlər Göyçə farelinin ən kiçik nümayəndələri hesab edilirlər. Uzunluqları 33 sm, çəkiləri 224 q təşkil edir. Orta ölçüləri isə 24-26 sm-dir. 3-4 yaşında yetkinləşirlər. Onlar yuva qurmurlar. Öz kürülərini 0,5 – 15 m göl dibinə buraxırlar. Onlar hətta +10°S temperaturda noyabr ayında kürü qoyurlar[3][4]
Onların digər yarımnövlərdən fərqi iri gözləridir. Hazırda saylarə 1,5 milyon baş qiymətləndirilir[5]
Göyçə gölünün suyu son illərdə suyu aşağı yendiyindən işxanın qidasını təşkil edən canlıların (Siqi, Carassius carassius) sayının azalması bu növü populyasiyasına mənfə təsir göstərir. Papulyasiyanın bərpasında balıq vətəqələri mühüm rol oynayır. Hazırda balıq Ermənistanın Qırmızı Kitabına daxil edilmişdir[6][7]
İşxanın yeganə təbii yayılma arealı Göyçə gölüdür. Gölə tökülən çaylarda belə onlara rast gəlinir. 1930-cı illərdə işxan Qerakun tərəfindən İsıkgöl gölünə buraxılmışdır. Bir müddət sonra onlar nəyinki, asanlıqla yayıla bilmişlər hətta digər növ balıqları ilə rəqabət aparmışlar. 1977-ci ildə Z.M.Quliyev 2-3 q-lıq 6000 işxan kürüsünü gətirərək Maralgölə buraxmışdır. 2 ildən sonra onların kütləsi 500-700 q-a çatmışdır. Dekabrda dişilər IV yetkinlik mərhələsində olmuşlar. Eyni zamanda sonraki illərdə göldə körpələr qeydə alınmışdır ki, buda onların yeni ekorejimə uğurla uyğunlaşdığını göstərir.
Balığın bir çox adları vardır: Baxtak, Bocak, Qeqаrkun, Göyçə fareli.