Qazançı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.[1]
Qazançı | |
---|---|
39°11′10″ şm. e. 46°26′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.010 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Qazançı kəndi Zəngilan rayonunun ən dağlıq kəndlərindən biridir və Ermənistanın Qafan şəhəri ilə həmsərhəddir.
Kənd dağlıq ərazidədir. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarla- nn kazan (qazan) tayfasmın adım əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarlann tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onlann ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi. Hazırda Azərbaycanda 3 Qazan, 4 Qazançı oykonimi, 4 Qazan oronimi, 3 Qazan hidronimi məlumdur. Şimali Amerikada Qazançay şəhəri, Türkmənistanda Qazancıq şəhəri, Tatarıstanda Kazan şəhəri, Kazanka çayı, Ukraynada Kazanka dəmiryolu stansiyası, Kazanskaya şəhəri, Qaraqalpakda Qazan Ketken kəndi, Özbəkistanda Qazanqışlaq, Qazan kəndləri, Tula vilayətində Kazanovka kəndi, Tümen vilayətində Qazan kəndi, Kerç bumunda Kazantip, Qazaxıstanda Qazan şupkur, Novo Kazanskaya kəndləri, Ermənistanda Qazançı kəndi və Dağıstan ərazisində Qazan və Qazan Kulan kəndləri, Cənubi Azərbaycanda Kazanabad, Qazanağılı, Qazan, Kürdüstanda Qazanqara, Mərkəzi İranda Qazancı kəndləri vardır. Qeyd etmək lazımdır ki, qazan etnonimi ilə əlaqədar kəndlər Türkiyədə və müasir Bolqarıstan ərazisində də vardır. XII–XIV əsrlərdə qıpçaqların tərkibində qazan tayfasının olduğu göstərilir.[2]
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |