İbrahim Babayev

İbrahim Ramiz oğlu Babayev (tam adı: İbrahim Ramiz oğlu Babayev d. 08 sentyabr 1997[719 gündür mənbəsizdir], Bakı) — tarzən, bəstəkar.

İbrahim Babayev
İbrahim Ramiz oğlu Babayev
Ümumi məlumatlar
Doğum tarixi (26 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Tarzən, Musiqiçi, bəstəkar
Fəaliyyət illəri 2014-h.h
Janr Folk
Musiqi aləti Tar
Albom şirkəti Farzali Music[1]
Təhsili Azərbaycan Milli Konservatoriyası[2]
Mükafatları İlin gənci - 2017[3]
Youtube kanalı

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim Babayev 8 sentyabr 1997-ci ildə[719 gündür mənbəsizdir] Bakı şəhərində anadan olub. 2012-ci ildə ingilis təmayüllü 16 saylı Texniki-Humanitar liseyi bitirib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Musiqi təhsilinə Fikrət Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəbinin pianino sinfində başlamış, 2012-ci illdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin “XÇA” (tar) ixtisası üzrə təhsilini davam etdirmişdir. 2016-2020 ci illərdə Azərbaycan Milli Konservatoriyasının “İfaçılıq fakultəsi”nin Xalq Çalğı Alətləri (Tar) ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasında magistr təhsili almışdır.[4]

Fəaliyyəti və nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • 2023-cü ildə Albaniyada Azərbaycan mədəniyyət həftəsi çərçivəsində konsert proqramı ilə çıxış etmişdir[5]
  • 2023-cü ildə Şuşada keçirilən Vaqif Poeziya günləri layihəsi çərçivəsində "Elektron Muğam" konserti ilə çıxış etmişdir[6][7]
  • 2023-cü ildə Səudiyyə Ərəbistanında İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan musiqisi” adlı multimedia konserti ilə çıxış etmişdir[8][9]
  • 2022-ci il 19 apreldə Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert programı ilə çıxış etmişdir[10]
  • 2022-ci ildə 7 trekdən ibarət bəstələri və aranjemanları özünə aid "vİBrant" albomunu yayımlamışdır
  • 2012-ci ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Gənc ifaçıların II Respublika müsabiqəsi”ndə I yerə layiq görülüb.[2]
  • 2013-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən “Milli musiqi alətləri ifaçılarının Bülbül adına II Respublika müsabiqə”sində I yerə layiq görülüb.[719 gündür mənbəsizdir]
  • 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Respublika müsabiqəsində I dərəcəli diplomla təltif olunub[11]
  • 2014-2019 illərdə AZTV nin "Xatirə" ansamblında çalışıb [12]
  • 2015-ci ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən “American Protegée İnternational Competition” beynəxalq müsabiqəsində I yerə layiq görülüb.[3]
  • 2016-cı il fevral ayının 2-si Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “İlin Gənci” seçilib.[719 gündür mənbəsizdir]
  • 2016-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən 12 ölkə 405 musiqiçinin iştirak etdiyi “Ana Yurdun Ahəngləri” II Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.[13]
  • 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq görülüb.[3]
  • 2017-ci ilin mart ayında İtaliya-Azərbaycan birgə layihəsi olan Del Festival-Concorso Internazionale Delle Arti "Testene Art Baku" beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.[14]
  • 2017-ci ilin may ayında “Rodniki-Duşi” Moskva Müsabiqəsində yüksək səviyyədə çıxışıma görə I yerə layiq görülüb.[15]
  • 2017-ci il may ayının 3-ü qədimlik, klassika, müasirliyin təcəssümü olan “Musiqili səyahət” adlı solo konserti baş tutmuşdur.[16]
  • 2017-ci ilin 14-22 oktyabr tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində “Gənclərin və tələbələrin XIX "Ümumdünya Festivalı”ında iştirak etmişdir.[17]
  • 2017-ci il 28 dekabr tarixində Yarat Müasir İncəsənət Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş solo konserti ilə çıxış edib.[18]
  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümümmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilmiş gənclərin yaradıcılıq görüşündə uğurlu iştirakına görə fəxri fərmanla təltif olunub.
  • 2018-ci ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində beynəlxalq festivalda çıxış etdib.[719 gündür mənbəsizdir]
  • 2019-cu ilin may ayının 6-8 tarixlərində Bakıda keçirilən Beynəlxalq Jazz Festivalında təşkil olunmuş konsert proqramında çıxış edib[19]
  • 2019-ci ildə BƏƏ Abu-Dabi şəhərində "Mugham Souls" qrupu ilə konsert proqramında çıxış edib.[20]
  • 2019-cu ildə Bəhreyndə keçirilən beynəlxalq festivalda Azərbaycan Respublikasının əməkdar artisti Qoçaq Əsgərovla birgə konsert proqramında çıxış etmişdir.[21]
  • 2019-cu ilin noyabr ayında Belarusiya respublikasının Brest şəhərində keçirilən “Azərbaycan gəncləri günü” adlı konsert proqramının iştirakçısı olub.[22]
  • 2017-ci ildən birgə çalışdığı əməkdar artist Qoçaq Əsgərov və tanınmış fransız musiqiçi Pierre De Tregomain ilə muğam-caz konsertlərində çıxış edib.[23][24]
  • Estoniyalı musiqiçi kannel ifaçısı Kristi Mühling ilə “Mystic” adlı əsəri duet ifa edərək dünya premyerasını səsləndirmişlər.[25]
  • 2019-cu ildən prodüser Rəşadət Fərzəliyevlə birgə yeni proyektlər üzərində çalışmalara başlamışdır.[26]
  • 2020-ci ildə “The Portrait” adlı ilk albomu və klipini yayımlayıb.[27]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

Tarix Albom İfaçılar Keçidlər
2022 vİBrant İbrahim Babayev (ft. Sevda Ələkbərzadə, Qoçaq Əsgərov, Elnur Mikayılov, Məqsəd Əzizov, Vüsal Aydəmirov, Rəşadət Fərzəliyev Beatport, Spotify
2017 Mugham Souls Qoçaq Əsgərov, Pierre de Tregomain, İbrahim Babayev, Elnur Mikayılov, Kamran Kərimov Itunes, Spotify, Youtube
2020 The Portrait İbrahim Babayev Itunes, Spotify
2020 Tar & Piano (instrumental cover) İbrahim Babayev, Rəşadət Fərzəliyev Itunes, Spotify, Youtube
2020 Live in Baku 2020 İbrahim Babayev (ft. Vüsal Aydəmirov, Pərviz Məmmədov, Vəfadar Ramiz) Itunes, Spotify, Youtube

Sinqllar[redaktə | mənbəni redaktə et]

Tarix Sinql İfaçılar Keçidlər
2022 Mavera[28] İbrahim Babayev, Anıl Ulusoy Itunes, Spotify, Youtube
2021 Rekviyem İbrahim Babayev, Vüsal Aydəmirov Itunes, Spotify, Youtube
2021 Raindrops İbrahim Babayev Itunes, Spotify, Youtube

Kliplər[redaktə | mənbəni redaktə et]

Tarix Klip Keçidlər
2022 Mugam +[29] Youtube
2022 Searching Youtube
2021 Walking Youtube
2019 The Portrait Youtube
2020 Elə demə zalım yar Youtube
2021 Rekviyem [30] Youtube

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Rəsmi Video və Audio kanalları[redaktə | mənbəni redaktə et]

Sosial media hesabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  3. 1 2 3 "Arxivlənmiş surət". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  4. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  5. https://azertag.az/xeber/albaniyada_azerbaycan_medeniyyet_heftesine_start_verilib-2744074
  6. https://azertag.az/xeber/2695372
  7. "Arxivlənmiş surət". 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  8. https://azertag.az/xeber/2625737
  9. "Arxivlənmiş surət". 2023-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  10. "Arxivlənmiş surət". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-21.
  11. https://commons.wikimedia.org/wiki/Fayl:B%C3%9CLB%C3%9CL_FONDU.pdf
  12. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  13. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  14. "Arxivlənmiş surət". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  15. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  16. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  17. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  18. "Arxivlənmiş surət". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  19. https://commons.wikimedia.org/wiki/Fayl:Dedicated_to_International_Jazz_Day.pdf
  20. "Arxivlənmiş surət". 2021-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  21. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  22. "Arxivlənmiş surət". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  23. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  24. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  25. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  26. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  27. https://g.co/kgs/Bntcx3
  28. "Arxivlənmiş surət". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
  29. "Arxivlənmiş surət". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
  30. "Arxivlənmiş surət". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.