İbrahim Cəfərov (rektor)

İbrahim Cəfərov (tam adı: İbrahim Həsən oğlu Cəfərov; 20 yanvar 1956, Düdəngə, Noraşen rayonu) — Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru (25 iyul 2013 – 06 sentyabr 2022[1]). Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.[2]

İbrahim Cəfərov
İbrahim Həsən oğlu Cəfərov
Vəzifədədir
6 oktyabr 2022-ci ildən
Prezidentİlham Əliyev
ƏvvəlkiElçin Xəlilov
25 iyul 2013 – 6 sentyabr 2022
Prezidentİlham Əliyev
ƏvvəlkiMirdaməd Sadıqov
SonrakıZəfər Qurbanov (rektor əvəzi)
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1956(1956-01-20) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı professor

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib.[3]

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası[ru] "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.[3]

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.[3]

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.[3]

İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur.[1] İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.[3]

İbrahim Cəfərov 6 sentyabr 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.[4]

İbrahim Cəfərov 6 oktyabr 2022-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub.[5]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2000–2013-cü illərdə 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının, sonra isə 38 saylı Nizami ikinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri olmuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • Биологические особенности развития милдью винограда в условиях Нахичевани // Известия ТСХА, 1988, вып. 5, с. 125–130
  • Курчавость листьев персика в Азербайджане / Сучаний стан i перспективи захисту плодово-ягiдних культур i винограду вiд шкiдливих организмiв. Матерiали Всеукраiтськой научново- практичной конф-цii Харкiв, 2001, с.133–137
  • Патогенная микобиота косточковых плодовых пород Азербайджана и ее особенности // Земляробства i ахова раслiн, 2003, № 3, с.36–37
  • Парша косточковых культур и меры борьбы с нею // Садоводство и виноградарство, 2003, № 3, с.10–11
  • Анализ микобиоты косточковых плодовых культур Азербайджана // Земляробства i ахова раслiн, Минск, 2007, № 2 (51), с.30–32
  • О микобиоте косточковых плодовых культур Азербайджана // Труды института Ботаники национальной академии наук Азербайджана, Баку, "Элм", 2007, т. XXVII, с.125–131
  • Tağlı bitkilərin plantasiyalarında fitosanitar vəziyyəti təhlili / Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və ADAU-nun 85 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Gəncə, № 1, 2014, s.6–14
  • Биологическая эффективность фунгицидов на озимой пщенице // Защита и карантин растений, 2015, с.48–49
  • Повыщение пролуктивности семечковых плодовых пород в Куба-Хачмазской зоне Азербайджана /"Основы повышения продуктивности агроценозов" материалы международной научно-практической конференции, посвященной памяти известны ученых И.А.Муромцева и А.С.Татаринцева (24–26 ноября 2015 г.), Мичуринск–наукоград РФ, 2015, с.78–82
  • Morphology, Molecular İdentity, and Pathogenicity of Vertucillium dahliae and V.longisporum Associated with İnternally Discolored Horseradish Roots // Plant disease, volume 100, number 4, 2016, p. 749–757

Elmi qurumlara üzvlüyü[redaktə | mənbəni redaktə et]

  • 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri, və sədr müavinidır.
  • 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədridir.
  • 2016-cı ildən Qazaxstan Milli Aqrar Universitetinin fəxri professorudur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "İ. H. Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilməsi haqqında" Arxivləşdirilib 2017-03-19 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı. president.az  (az.)
  2. "Cəfərov İbrahim Həsən oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  3. 1 2 3 4 5 virtualaz.org. "Dövlət Aqrar Universitetinin yeni rektoru" (az.). 31 iyul, 2013. 15.11.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  4. İ. H. Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  5. ADAU-nun sabiq rektoruna yeni vəzifə verilib. — APA. AZ Arxivləşdirilib 2022-10-08 at the Wayback Machine

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

BMTB ETİRəhbərlik

İbrahim Cəfərov — Facebook profili