Rəhimov İbrahim Molla Rəhim oğlu (5 (17) avqust 1850, Dağ Kəsəmən, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 3 aprel 1927, Dağ Kəsəmən, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — həkim diplomu almış ilk azərbaycanlı , Azərbaycanın ilk psixiatr həkimi, keçmiş "Saburov bağı" psixiatrik xəstəxanasının "Kəskin ruhi xəstəliklər" şöbəsinin müdiri.
İbrahim Rəhimov | |
---|---|
Doğum tarixi | 5 (17) avqust 1850 |
Doğum yeri | |
Vəfat tarixi | 3 aprel 1927 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili |
|
Fəaliyyəti | həkim, psixiatr, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
İbrahim Rəhimov 1849-cu ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulub. Atası Rəhim Süleyman oğlu Yelizavetpol qəzasının Dağkəsəmən kəndinin dövlət kəndlilərindən idi. O, şərq dillərini və şəriəti mənimsəyərək mollalıq etmişdir. 1850-ci ildə Tiflis Klassik Gimnaziyasında müəllim kimi fəaliyyətini davam etdirən Molla Rəhim ailəsini Tiflisə köçürür və oğlunun tərbiyəsi ilə özü məşğul olur, əvvəlcə ona "Qurani-Kərim"i və doğma dilini öyrədir, 1858-ci ildə isə İbrahimi dərs dediyi gimnaziyanın hazırlıq kursuna göndərir. Ciddi gimnaziya qaydaları ilə tərbiyyə alan İ.Rəhimov artıq birinci sinifdə rus dilini mükəmməl bilirdi. O dərslərini yaxşı oxuyur, öyrədilən proqramı asanlıqla qavrayırdı, onun soyadı əlaçılar gimnazistlərin siyahısında idi [1].
Rəhimovun 1867-ci ildə Tiflis quberniyası gimnaziyasının direktoruna ünvanlanan müraciəti diqqətsiz qalmır. Təhsildə qazandığı müvəffəqiyyətlərin, dünyəvi elmlərə həvəsini,xüsusi əqli inkişafa malik olmasını nəzərə alan Tiflis Klassik Gimnaziyasının Pedaqoji Şurası 1867-ci il iyunun 19-da keçirilən növbəti iclasında İ. Rəhimova Moskva Universitetində oxumaq üçün zəmanət verir. Əla qiymətlərlə gimnaziyanı bitirən İ.Rəhimov həmin il Moskvaya gəlir,qəbul imtahanlarını müvəffəqiyyətlə verir. Ancaq, nə üçünsə universitetin tibb fakültəsinə deyil, fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Tiflisdən Moskvaya həkim olmaq arzusu ilə gedən İbrahimin ciddi səyi nəticəsində onu tibb fakültəsinə keçirirlər. İ. Rəhimova burada alim-zooloq və görkəmli ictimai xadim A.P.Boqdanov, histofizioloq və bakterioloqların Moskva histologiya məktəbinin yaradıcısı A.İ. Babuxin, görkəmli terapevt Q.A.Zaxarin, məşhur nevropatoloq A.J. Kojevnikov (o həmçinin məşhur polyak nevroloqu E. Flataunun da müəllimi olub)və başqaları dərs deyir. Universitetdə təhsil aldığı müddətdə, botanika və fizika fənləri istisna olmaqla, bütün fənlərdən əla qiymət almışdı. Həmin dövrdə o maddi cəhətdən özünü təmin etmək üçün Moskva gimnazistlərinə rus dilindən xüsusi dərslər də verirdi.
Rəhimov Moskvada olarkən Çar Rusiyasında kommunizm-anarxizm cərəyanı və onun müxtəlif qolları geniş vüsət almışdı. Həmin təşkilatlardan biri də Sergey Qennadiyeviç Neçayevin ətrafında birləşmiş kiçik təşkilat idi. Onun ideyası katexizm prinsiplərinə əsaslanırdı və ətrafında müəyyən insan kütləsi də toplaya bilmişdi[2].
Tələbə İ. Rəhimov S.Q. Neçayevin "Народная расправа" adlanan həmin qeyri-leqal təşkilatına qəbul edilir. Bundan sonra 1869-cu ili noktyabr ayında başlayan məşhur "Полунинская история" hərəkatında iştirak etdiyinə görə İ. Rəhimov da daxil olmaqla birçox tələbə universitetdən qovulur. Başqa dustaqlarla birgə o, Peterburqa göndərilmiş və Petropavlov qalasına salınmışdı. Rəhimov qalanın müxtəlif kameralarında 11 may 1870-ci ildən 1 oktyabr 1871-ci ilədək həbsdə qaldı. Dindirmələrdən sonrakı boş vaxtlarında alman dilini öyrəndi və bu, sonralar onun xeyli əlindən tutdu. İ.R.Rəhimov həddi-büluğa çatmamış gənc kimi Peterburqdakı Litva qalasında üç həftəlik dustaqlığa məhkum edilir.1869-da həbs edilib və universitetdən çıxarılaraq 5 il polis nəzarəti altında yaşayır.
Zindandan çıxan I. Rəhimov Xarkovda yerləşməyi qərara aldı ki, universitet təhsilini davam edə bilsin. Xarkovda iş tapa bilmədi və çəkilməkdə olan Xarkov-Sevastopol dəmiryolu xəttində feldşer işləməyə məcbur oldu. O, bir müddət dəmiryolunun Melitopol sahəsində yaşadı. Rusiyada ali təhsilini davam etrdirə bilməyəcəyinə bir daha əmin olanİ.Rəhimov 1875-ci ildə Vyanaya gedərək Vyana Universitetinin tibb fakültəsinə qəbul olundu. Vyanadakı bahalıq və onun maddi baxımdan təminatsızlığı onu təhsilini davam etdirmək üçün kiçik universitet şəhəri olan Yenaya (Almaniya)köçməyə məcbur etdi. Tibb təhsilini başa vuran İ.Rəhimov Xarkova döndü. Onun siyasi əhval-ruhiyyəsini Rusiya-Avstriya sərhədindəki bir hadisə səciyyələndirir.Çar sərhədçiləri gənc həkimin çamadanından K.Marksın "Kapital" əsərini tapdılar.Kitab dərhal müsadirə olundu. Rəhimovun üzərində polis nəzarəti o, xaricdən qayıdandan sonra da bərpa edildi və 1917-ci ildəki fevral inqilabınadək davam etdi. İ.Rəhimova Qafqazda yaşamağa icazə verilmədi və o, Xarkovda yurd saldı. Doğma diyarına getmək üçün hər dəfə jandarmeriyadan icazə alması tələb olunurdu.1881-ci ildə həkim işləmək hüququ almaqdan ötrü o, Xarkov Universitetində həkim rütbəsinə imitahanlar verdi. İ.Rəhimov fiziologiya sahəsində elmi araşdırmalarla məşğul olmağa can atırdı. Bu sahədə ilk addımlarını tibb fakültəsinin məhkəmə təbabəti kafedrasında atdı.
İ.R.Rəhimov tibb doktoru dərəcəsi almaq üçün uğurla imtahan verdi, ancaq dissertasiyanı təqdim edə bilmədi. Onun elmi mənsəbi polisin müdaxiləsi ilə yarımçıq qaldı — siyasi baxımdan səvatsız sayılan doktorant (özü də qeyri-rus)1888-ci ildə "öz xahişinə əsasən" universitetdən çıxarıldı. 1891-ci ildə İ.Rəhimov Xarkov quberniyasında "Saburov bağı" adıyla məşhur yerli xəstəxanada ordinator işləməyə başladı. 34 il boyunca kəsskin ruhi xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışdı, müvəqqəti olaraq bəzən baş həkimi də əvəz etdi.
17 iyul 1916-cı ildə İbrahim Rəhimovun 25 illik həkimlik və ictimai fəaliyyəti Saburov bağıda qeyd olundu. Yubilyarın ünvanına görkəmli alimlərdən, dostlarından və iş yoldaşlarından çoxlu təbriklər gəldi. Əməkdaşlarının dediklərinə görə,İ.Rəhimov olduqca geniş elmi zəkaya, böyük həkimlik təcrübəsinə malik idi. O,gənc psixiatr mütəxəssislərin bir neçə nəslini tərbiyə edib.
40 ildən artıq bir vaxtda Xarkov quberniyasının Zemskaya xəstəxanasında vicdanla çalışan İ.Rəhimov səhhəti ilə bağlı əlaqədar təqaüdə çıxanda, 1925-ci ildə xəstəxananın həkimləri Xarkov quberniya icra komitəsinə müraciət etmişlər ki,ona əməkdar əmək veteranı kimi fərdi təqaüd təyin edilsin və xəstəxananın fəxri konsultantı adı ilə təltif olunsun.1925-ci ildə İ.Rəhimov ağır xəstə ikən qızı Sona xanımın yanına gəlir, 2 il sonra onu doğma kəndi Dağkəsəmənə aparırlar. 1927-ci il apreli 3-də İ.Rəhimov canından artıq sevdiyi, ömür boyu həsrət qaldığı, yalnız son nəfəsində qovuşduğu doğma Azərbaycana vida deyərək gözlərini əbədi yumur[3].
İbrahim öncə Tiflis gimnaziyasını qurtarıb (1859–1867); həmin ildə Moskva Univ. tibb fak. girib; "Narodnaya rasprava" təşk. üzvü olub,
1875-ci ildə Vyana Univ. tibb fak. girib, ancaq 1877-ci ildə Almaniyaya köçərək təhsilini Yena Univ-də başa vurub; 1880-də Rusiyaya dönüb, ancaq yolda sərhədçilər çamadanında Marksın "Kapital"ını tapdıqlarına görə yenə polis nəzarəti altına düşüb; Azərbaycana gəlməsinə icazə verilmədiyindən Xarkovda həkimlik edib, ağır xəstəykən 1925-də Bakıya köçüb; Sona xanım Vəlixanın atasıdır)