İbrahim Zeynalov (tarixçi)

İbrahim Zeynalov (tam adı: Zeynalov İbrahim Xudaverdioğlu; 5 fevral 1954, Aşağı Ayıblı, Tovuz rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.

İbrahim Zeynalov
Doğum tarixi 5 fevral 1954(1954-02-05) (70 yaş)
Doğum yeri
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı 3-cü dərəcəli "Əmək" ordeni — 2019

İbrahim Zeynalov 5 fevral 1954-cü ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1971-cı ildə Tovuz rayonunda orta məktəbi bitirmişdir. 1980-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir.

1980–82-ci illərdə Tovuz rayonu Xəlfəli kəndində tarix müəllimi işləmişdir. 1972–74-ci illərdə ordu sıralarında ADR-də xidmət etmişdir. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.

1986-ci ildən Bakı Dövlət Universiteti Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

1986-cı ildə "Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti" mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1999-cu ildə "Azərbaycanın iqtisadi və sosial inkişafı (1970–1980-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.

1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, 2000-ci ildən həmin kafedranın professoru vəzifəsini icra edir.

118 adda elmi məqalənin, 4 monoqrafiyanın, 12 kitabın müəllifidir.

  • 1993-cü ildə A.Bakıxanov adına mükafata və diploma layiq görülmüşdür.
  • 1999-cu ildə Azərbaycan Respublika Ziyalılar Cəmiyyəti və Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri diplomu və mükafatı ilə təltif olunmuşdur.
  • Azərbaycanın sosial-iqtisadi inkişafı-XX əsrin ikinci yarısında. Dərs vəsaiti.Bakı, 2004.
  • Tarix. Dərs vəsaiti. Bakı, 2006.
  • İzahlı tarix teriminləri lüğəti. Bakı, 2006.
  • Tarix. Dərs vəsaiti. 2-ci nəşr. Bakı, 2007
  • X sinif yeni tarix. Dərs vəsaiti. Test tapşırıqları. Bakı, 2007.
  • XI sinif Azərbaycan tarixi. Drəs vəsaiti. Test tapşırqları. Bakı, 2008.
  • Yeni tarix. X sinif. Dərs vəsaiti. Bakı, 2008.
  • Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Magistrldər üçün proqram.Bakı, 2003; yeniləşdirilmiş nəşr 2008.
  • Azərbaycanın iqtisadi inkişafı müstəqillik dövründə. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2004, № 1, s.166–171.
  • Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət proqramı. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2005, № 4, s.150–159.
  • Müstəqil Azərbaycanda neft amili və iqtisadi inkişaf. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2006, № 1, s.68–76.
  • Müstəqillik dövründə Azərbaycanda demoqrafik inkişafın bəzi problemləri. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2007, № 3, s.71–78.
  • Azərbaycanda aqrar bölmənin inkişafında neft amilinin rolu. Tarix və onun problemləri. Bakı, № 2, 2007,s.133–140.
  • Azərbaycan Respublikasında yoxsulluğun azaldılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Tarix və onun problemləri. Bakı, № 1–2, 2008,s.230–237.
  • Heydər Əliyev və Azərbaycan gəncləri. BDU-nun xəbərləri. Humanitar elmlər seriyası. № 2, 2008.
  • Azərbaycan KP MK-nın İX Plenumu 6 iyul 1959 haqqında BDU-nun Elmi Xəbərləri humanitar seriyası. Bakı N2.
  • İkinci dünya müharibəsi Vətən tarixində. Bakı Pedagoji Kadrların İxtimsasartırma və Yenidən Nazirlanma İstitutunda 29 aprel Böyük Vətən müharibəsinin qələbəsinin 65-ci illiyinə həsr olunmuş elmi-praktik konfrans 2010.
  • Demokratiya ilə zorakılıq bir araya sığmır BDU-Xəbərləri humanitar elmlər seriyası N7, 2011.
  • Azərbaycan müstəqilliyinə aparan yollar (inglis dilində) Vision of Azerbaijan jurnalı, 2011.
  • İn name of İndependence 20 January 1990. Vision of Azerbaijan. 2011.
  • Azərbaycan Respublikasının inkişafı BDU-nun Xəbərləri HUmanitar elmlər seriyası N2, 2012.
  • 1969–1982-ci illərdə Azərbaycan Dövlətinin rəhbəri Ümumilli lider Heydər Əliyevin fəaliyyəti arxiv sənədləri əsasında Tarix və Onun problemləri Ümumlider Heydər Əliyevin f90 ilik yubileyinə həsr olunmuş Xüsusi buraxılış 2013 N3.
  • Zəmanənin böyük şəxsiyyəti. Ulu öndər Heydər Əliyevin 90 illiyinə Azərbaycan xalçaları-elmi bədii jurnalı, 2013 N 7.
  • 10 iyul 1959-cu il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu Azərbaycan yeni rəhbərinin seçilməsi BDU Xəbəri (humanitar elmlər seriyası 2014 N2.
  • İkinci Dünya müharibəsindən sonrakı dövrdə repressiyaların yeni dalğası Heydər Hüseynov haqqında həqiqətlər. BDU Xəbərləri humanitar elmlər seriyası 2014, N3.
  • Totalitar sovet cəmiyyəti: tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20–50-ci illərində). Bakı, "Ləman nəşriyyatı poliqrafiyası" MMC, 2017, s.724, 45 ç.v. (monoqrafiya).
  • 1945–1946-cı illərdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Moskva rəhbərliyi qarşısında məsələ qaldırılması. Bakı, Bakı Universitetinin Xəbərləri,2017, № 1, s.81–90.
  • "Mircəfər Bağırov və Dağlıq Qarabağ məsələsi" BDU Xəbərləri (humanitar elmlər seriyası) 2017, № 2, s.
  • Azərbaycan Cümhuriyyətinin yaranması və fəaliyyətində Fətəli Xan Xoyskinin yeri və rolu. Azərbaycan Xalq Cümhuriyyəti — 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21–23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.7
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Fəaliyyətində Fətəli Xan Xoyskinin yeri və rolu. Azərbaycanın Xalq Cümhurriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının Materialları 21–23 May 2018 il, s. 40–45.
  • Fətəli Xan Xoyski, həmməülif // Bakı Dövlət Universitetinin — Humanitar elmlər seriyası, N2, 2018, s. 54–65
  • Heydər Əliyev və Azərbaycan Respublikasında Milli Ordu Quruculuğu məsələsi.// Bakı Universitetinin Xəbərləri-Humanitar elmlər seriyası N2, 2018, s. 215–224

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]