| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
İbrahim Zeynalov (tam adı: Zeynalov İbrahim Xudaverdioğlu; 5 fevral 1954, Aşağı Ayıblı, Tovuz rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.
İbrahim Zeynalov 5 fevral 1954-cü ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1971-cı ildə Tovuz rayonunda orta məktəbi bitirmişdir. 1980-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir.
1980–82-ci illərdə Tovuz rayonu Xəlfəli kəndində tarix müəllimi işləmişdir. 1972–74-ci illərdə ordu sıralarında ADR-də xidmət etmişdir. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.
1986-ci ildən Bakı Dövlət Universiteti Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1986-cı ildə "Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti" mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1999-cu ildə "Azərbaycanın iqtisadi və sosial inkişafı (1970–1980-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, 2000-ci ildən həmin kafedranın professoru vəzifəsini icra edir.
118 adda elmi məqalənin, 4 monoqrafiyanın, 12 kitabın müəllifidir.
- 1993-cü ildə A.Bakıxanov adına mükafata və diploma layiq görülmüşdür.
- 1999-cu ildə Azərbaycan Respublika Ziyalılar Cəmiyyəti və Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri diplomu və mükafatı ilə təltif olunmuşdur.
- Azərbaycanın sosial-iqtisadi inkişafı-XX əsrin ikinci yarısında. Dərs vəsaiti.Bakı, 2004.
- Tarix. Dərs vəsaiti. Bakı, 2006.
- İzahlı tarix teriminləri lüğəti. Bakı, 2006.
- Tarix. Dərs vəsaiti. 2-ci nəşr. Bakı, 2007
- X sinif yeni tarix. Dərs vəsaiti. Test tapşırıqları. Bakı, 2007.
- XI sinif Azərbaycan tarixi. Drəs vəsaiti. Test tapşırqları. Bakı, 2008.
- Yeni tarix. X sinif. Dərs vəsaiti. Bakı, 2008.
- Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Magistrldər üçün proqram.Bakı, 2003; yeniləşdirilmiş nəşr 2008.
- Azərbaycanın iqtisadi inkişafı müstəqillik dövründə. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2004, № 1, s.166–171.
- Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət proqramı. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2005, № 4, s.150–159.
- Müstəqil Azərbaycanda neft amili və iqtisadi inkişaf. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2006, № 1, s.68–76.
- Müstəqillik dövründə Azərbaycanda demoqrafik inkişafın bəzi problemləri. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2007, № 3, s.71–78.
- Azərbaycanda aqrar bölmənin inkişafında neft amilinin rolu. Tarix və onun problemləri. Bakı, № 2, 2007,s.133–140.
- Azərbaycan Respublikasında yoxsulluğun azaldılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Tarix və onun problemləri. Bakı, № 1–2, 2008,s.230–237.
- Heydər Əliyev və Azərbaycan gəncləri. BDU-nun xəbərləri. Humanitar elmlər seriyası. № 2, 2008.
- Azərbaycan KP MK-nın İX Plenumu 6 iyul 1959 haqqında BDU-nun Elmi Xəbərləri humanitar seriyası. Bakı N2.
- İkinci dünya müharibəsi Vətən tarixində. Bakı Pedagoji Kadrların İxtimsasartırma və Yenidən Nazirlanma İstitutunda 29 aprel Böyük Vətən müharibəsinin qələbəsinin 65-ci illiyinə həsr olunmuş elmi-praktik konfrans 2010.
- Demokratiya ilə zorakılıq bir araya sığmır BDU-Xəbərləri humanitar elmlər seriyası N7, 2011.
- Azərbaycan müstəqilliyinə aparan yollar (inglis dilində) Vision of Azerbaijan jurnalı, 2011.
- İn name of İndependence 20 January 1990. Vision of Azerbaijan. 2011.
- Azərbaycan Respublikasının inkişafı BDU-nun Xəbərləri HUmanitar elmlər seriyası N2, 2012.
- 1969–1982-ci illərdə Azərbaycan Dövlətinin rəhbəri Ümumilli lider Heydər Əliyevin fəaliyyəti arxiv sənədləri əsasında Tarix və Onun problemləri Ümumlider Heydər Əliyevin f90 ilik yubileyinə həsr olunmuş Xüsusi buraxılış 2013 N3.
- Zəmanənin böyük şəxsiyyəti. Ulu öndər Heydər Əliyevin 90 illiyinə Azərbaycan xalçaları-elmi bədii jurnalı, 2013 N 7.
- 10 iyul 1959-cu il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu Azərbaycan yeni rəhbərinin seçilməsi BDU Xəbəri (humanitar elmlər seriyası 2014 N2.
- İkinci Dünya müharibəsindən sonrakı dövrdə repressiyaların yeni dalğası Heydər Hüseynov haqqında həqiqətlər. BDU Xəbərləri humanitar elmlər seriyası 2014, N3.
- Totalitar sovet cəmiyyəti: tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20–50-ci illərində). Bakı, "Ləman nəşriyyatı poliqrafiyası" MMC, 2017, s.724, 45 ç.v. (monoqrafiya).
- 1945–1946-cı illərdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Moskva rəhbərliyi qarşısında məsələ qaldırılması. Bakı, Bakı Universitetinin Xəbərləri,2017, № 1, s.81–90.
- "Mircəfər Bağırov və Dağlıq Qarabağ məsələsi" BDU Xəbərləri (humanitar elmlər seriyası) 2017, № 2, s.
- Azərbaycan Cümhuriyyətinin yaranması və fəaliyyətində Fətəli Xan Xoyskinin yeri və rolu. Azərbaycan Xalq Cümhuriyyəti — 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21–23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.7
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Fəaliyyətində Fətəli Xan Xoyskinin yeri və rolu. Azərbaycanın Xalq Cümhurriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının Materialları 21–23 May 2018 il, s. 40–45.
- Fətəli Xan Xoyski, həmməülif // Bakı Dövlət Universitetinin — Humanitar elmlər seriyası, N2, 2018, s. 54–65
- Heydər Əliyev və Azərbaycan Respublikasında Milli Ordu Quruculuğu məsələsi.// Bakı Universitetinin Xəbərləri-Humanitar elmlər seriyası N2, 2018, s. 215–224