İdarəetmə uçotu

İdarəetmə uçotu — təşkilatın idarəetmə səviyyəsi (daxili istifadəçilər — menecerlər) üçün həmçinin təşkilatın fəaliyyəti ilə bağlı qərarlar qəbul etmək, vacib olan məlumat və göstəriciləri müəyyən etmək, ölçmək, toplamaq, qeyd etmək, şərh etmək, ümumiləşdirmək, hazırlamaq və təqdim etməyin nizamlı sistemi. İdarəetmə uçotunun əsas vəzifəsi təşkilatın hansı vəziyyətdə olduğu və əməliyyat səmərəliliyini artırmaqla yanaşı mövcud resursların necə bölüşdürülməsi lazım olduğu sualına cavab verməkdir.

İdarəetmə uçotunun sadə təriflərindən biri — menecerlər tərəfindən qərar qəbul etmək üçün maliyyə və qeyri-maliyyə məlumatlarının təqdim edilməsidir.[1] Başqa sözlə, idarəetmə uçotu təşkilat daxilindəki direktorlara qərar qəbul etməkdə kömək edir. Xərclər uçotu kimi də tanınmaq olar. Həmçinin biznes məqsədlərinə çatmaq üçün məlumatları ayırd etmək, öyrənmək, deşifrə etmək və rəhbərlərə çatdırmaq üçün qısa yoldur.[2] Toplanmış məlumatlar maliyyə xərcləri və təşkilat tərəfindən qəbul edilən qərarlarla müəyyən edilərək biznes məsələləri ilə bağlı mühasibat uçotunun bütün sahələrini əhatə edir. Mühasiblər təşkilat daxilində əməliyyatların ümumi strategiyasını ölçmək üçün planlardan istifadə edirlər.

  1. Evaluating and Improving Costing in Organizations (International Good Practice Guidance). International Federation of Accountants. 2009. səh. 7 c. ISBN 9781608150373.
  2. (Burns, Quinn, Warren & Oliveira, Management Accounting, McGraw-Hill, London, 2013)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]