İdris Debi

İdris Débi İtno(fr. Idriss Déby Itno; (18 iyun 195220 aprel 2021[1][2], Ncamena)— Çadın prezidenti və Vətənpərvər Qurtuluş Hərəkatının rəhbəridir. Debi Zaghawa etnik qrupunun Bidyat klanından biridir. Yanvar 2006-cı ildə soyadına "İtno" əlavə olunmuşdur.

İdris Debi
ərəb. إدريس ديبي إتنو‎
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1952(1952-06-18)
Vəfat tarixi 20 aprel 2021(2021-04-20)[1][2] (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə ilə başına vurma[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Uşaqları
Dini islam
Rütbəsi Feldmarşal[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Debi bir çobanın oğlu olaraq Fadada doğuldu. Məktəbi bitirdikdən sonra N'Djamena Hərbi məktəbə daxil oldu. Oradan bir peşəkar Pilot sertifikatı ilə 1976-cı ildə Çada döndü və ali təhsil üçün Fransaya göndərildi.

Keçici hökumət 28 fevral 1991-ci il tarixində Çad dövlət başçısı olaraq Debini vəzifələndirdi. İyun ayında prezident seçiminin ardından mart 1996-cı ildə yeni bir konstutsiya ilə referendium qəbul edildi. Debi ilk turda ilk sırada yer aldı ancaq əksəriyyəti qazana bilmədi. İyul ayında aparılan ikinci % 69 səs ilə dövlət başçısı seçildi. Millətlərarası müşahidəçilərin seçim müddətində üsulsuzluq təsbit olunmasına baxmayaraq rəsmi nəticələrə görə səslərin %63,17 sini alaraq ilk turda qazanaraq may 2001-ci il prezident seçimlərində təkrar seçildi. Bir müxalifət boykotu ilə qarşılaşaraq 3 may 2006-cı il prezident seçimlərində təkrar namizəd oldu. Rəsmi nəticələrə görə 64,67% ilə Debi seçimi qazandı.

2016-cı ildə İdris Debi 5-ci dəfə Çadın prezidenti seçildi.

İdris Debi, Parade jurnalının 2009-cu il Dünyanın ən pis Diktator siyahısında 16-cı sırada yer alır.