Iftarlıq Limonad (türk. İftarlık Gazoz) — rejissorluğunu və senaristliyini Yüksel Aksunun etdiyi, baş rollarda Cem Yılmaz və Berat Efe Parların olduğu 2016 komediya növündəki kinoteatr filmidir[2]. Filmin premyerası 2016-cı ilin Yanvar ayının 28-də Kanyon AVM-də oldu[3]. Film 2016-cı ilin Yanvar ayının 29-da viziona girdi[4]. Film 5 həftə ərzində 307 fərqli kino salonunda nümayiş olunmuşdur[5]. Ümumi 960.898 tamaşaçıyla[6] 11.569.063 TL hasilat etmişdir.[7][8]
İftarlıq Limonad | |
---|---|
türk. İftarlık Gazoz | |
Janr | Komediya |
Rejissor | Yüksel Aksu |
Prodüserlər |
Əlif Dağdeviren Muzaffrer Yıldırım |
Ssenari müəllifi | Yüksel Aksu |
Baş rollarda |
Cem Yılmaz Berat Efe Parlar |
Bəstəkar | Evantiya Reboustika |
İlk baxış tarixi | 29 yanvar 2016, 11 fevral 2016[1] |
Müddət | 115 dəqiqə |
Gəlir | 11.569.063 TL |
Ölkə |
{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} |
Dil | Türkcə |
İl | 2016 |
Rəng | Rəngli |
Çəkiliş yeri |
{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} | Egey sahili qəsəbələrindən biri |
IMDb | ID5229228 |
1970-ci illərin əvvələrində bir Egey qəsəbəsində ailəsi ilə birlikdə yaşayan Adəm ağıllı və müvəffəqiyyətli bir şagirddir. 5-ci sinfi bitirər bitirməz yay tətilini yaxşı qiymətləndirmək üçün ailəsinə Limonad satan Cibar Kamal Usta ilə işləmək istədiyini deyər. Güc-bəla icazə alan Adəm Limonad satanın çırağı olaraq Cibar Kamalın yanında işə başlayır. Ramazan ayının ilk günləridir, Adəm məsciddə oruc haqqında vəz edən müəllimin dediklərindən təsirlənər və oruc tutmağa qərar verir. Kiçik yaşda olduğu üçün ailəsi bu vəziyyətə icazə vermir, o da ailəsindən gizli oruc tutmağa başlayır. Egeyin yay istisində, bir tərəfdən də limonad satarkən oruc tutmaq Adəmi çox yormuştur. Susuzluğa və aclığa görə ilğımlar görməyə başlayır. Adəmin yaşadığı bu problemlər onu bir macəraya aparır.[9] Xəbərdarlığın[ölü keçid] sonu.
Cem Yılmazın canlandırdığı Cibar Kamal rolunun atası olduğunu iddia edən Yusuf Kanat adlı vətəndaş, atasının gerçəyə zidd və pis şəkildə canlandırıldığını söyləyərək hadisəni məhkəməyə aparıb, filmin göstərilişinin məcburən dayandırılmasını və 150 min TL mənəvi təzminat tələb etdi[10]. Lakin yerli məhkəmə iddiaların qeyri-kafi olduğunu söyləyib məhkəməni bağlamışdır.[11]
Aktyor | Rol |
---|---|
Cem Yılmaz | Cibar Kamal |
Berat Efe Parlar | Adəm |
Ronkay Arslan | Səlim |
Okan Avcı | Yoruk Osman |
Yılmaz Bayraktar | Həsən |
Qreta Fusko | Bərna |
Ümmü Putgül | Gülizar |
Yasəmin Sannino | Musiqi müəllimi |