İggi Azalea

Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990[1][2], Sidney[7][8][…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin YouTube platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı.

İqqi Azaliya
ing. Amethyst Amelia Kelly
Ümumi məlumatlar
Ləqəbi Iggy Azalea
Doğum tarixi 7 iyun 1990(1990-06-07)[1][2] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 1[3]
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], televiziya ulduzu[d], rəqqasə, repçi, bəstəkar, model[d]
Fəaliyyət illəri 2007-ci ildən
Janrlar pop musiqisi[10][11], elektronik musiqi[12], hip-hop[d][13][14][…], pop rep[d]
Albom şirkətləri Def Jam Recordings[d], Grand Hustle Records[d], Mercury Records[d], Empire Distribution[d]
İmzanın şəkli
iggyazalea.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu.[15] "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır. Azaliya bu hitlərlə debütləri ilə "Hot 100"də eyni anda bir və ikinci sırada yer alan ikinci musiqiçi (The Beatles-dən sonra) oldu.[16][17][18][19]

Azaliya planlaşdırdığı ikinci albomu olan "Digital Distortion" üçün bir sıra sinql buraxdı. Lakin albom şirkəti ilə münaqişə, eləcə də şəxsi münaqişələr səbəbindən layihə ləğv olundu. Nəticədə Azaliya Island Records ilə razılaşaraq "Survive the Summer" (2018) EP-sini buraxdı. Sonrakı fikir ayrılıqları Azaliyanın müstəqil sənətçi olaraq öz şirkəti Bad Dreams-i yartmasına səbəb oldu. Onun ikinci albomu "In My Defense" 2019-cu ildə yayımlandı, ardınca həmin il başqa bir EP-si "Wicked Lips"i buraxdı.[20] Musiqiyə ara verməzdən əvvəl 2021-ci ilin avqustunda üçüncü studiya albomu "The End of an Era"nı yayımladı.

Azaliyanın nailiyyətlərinə iki "American Music Award", üç "Billboard Music Awards", bir "MTV Video Music Awards", bir "People's Choice Awards", dörd "Teen Choice Awards" və dörd "Qremmi" mükafatına namizədlik daxildir. Rəsmi YouTube kanalı 3,4 milyard baxış toplayıb, 15 musiqi videosu Vevo-da 100 milyondan çox izlənilib.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Ametist Ameliya Kelli Sidneydə anadan olub, Yeni Cənubi Uelsin Mullumbimbi şəhərində böyüyüb. Atası Brendan Kelli İralndiya-Avstraliya rəssamı və komiks artisti,[21] anası Tanya[22] isə xidmətçi olub.[23] Azaliya atasının özü tikdiyi, 5 hektar (12 akr) həyəti olan evdə yaşayırdı.[23][24][25] Matias və Emerald adlı iki bacısı var.[mənbə göstərin]Azaliyaya görə onun nəsili bir qədər aborigendir (yerli avstraliyalı): "Ulu babalarım Avstraliyaya Birinci flot ilə gəlmişdi. Nəslimiz 100 ildən artıqdır ki, bu ölkədədir.[Q 1] Əgər sizin ailəniz Avstraliyada uzun müddət yaşayıbsa, demək sizdə "aborigen qanı" axır. Mən əminəm ki, mənim ailəm də belədir." Azaliya həmçinin atasının "incəsnətlə yeniyetmə yaşlarında maraqlanmasını təmin etdiyini" və bunun həyatı və karyerasına mühüm əhəmiyyət kəsb etdiyi demişdir.[23] O, 14 yaşında rep oxumağa başladı.[25] Solo karyerasına başlamazdan əvvəl məhəlləsindən olan digər iki qızla birlikdə qrup yaratdı: "Bəlkə də, TLC kimi qrup ola bilərdik. Amma mən Left Eye (Liza Lopes) olacam."[26] Azaliya nəhayət qrupu dağıtmaq qərarına gəldi, çünki digər qızlar bunu ciddi qəbul etmirdilər. O hətta demişdi: "Mən etdiyim hər şeyi ciddi qəbul edirəm. Mən çox rəqabətciləm."[26]

Azaliya Amerikaya köçmək arzusunun ardınca getmək üçün orta məktəbi tərk etdi. Anası ilə birlikdə işləyərək otel otaqlarını, istirahət kateclərini təmizləyib qazandığı pulu yığdı. O, məktəbə nifrət etdiyi, rəssamlıq dərsindən başqa digərlərinin ona fayda vermədiyini demişdir. Həmçinin heç bir dostu olmadığını və evdə düzəlmiş geyimlərinə lağ edildiyi söyləyib.[27] Azaliya 2006-cı ildə 16 yaşının tamam olmağına az qalmış ABŞ-yə səyahət etdi. Valideynlərinə dostu ilə "tətilə" getdiyini dedi, amma sonda burada qalmaq qərarına gəldi və qısa müddət sonra evə qayıtmayacağını söylədi:[28]

" "Amerika məni cəlb etdi, çünki öz ölkəmdə özümü kənar bir insan kimi hiss edirdim, hip hopa aşiqəm və Amerika bunun vətənidir, ona görə də düşündüm ki, musiqiyə nə qədər yaxın olsam, bir o qədər xoşbəxt olaram. Haqlı idim." "

O xatırlayırdı, "Anam ağlayırdı, "sadəcə özünü qoru" deyirdi. "Tək başına gedirəm. Mən dəliyəm!" deyə düşünürdüm."[29] Azaliya ABŞ-yə gəldikdən sonra Ümumi Təhsil İnkişafı (GED) diplomunu aldı və altı il müddətində vizasız ölkədə yaşamaq hüququ qazandı, hər üç aydan bir yeniləmək üçün Avstraliyaya qayıdırdı. Azaliya ona beş illik O vizası verilənə — 2013-cü ilin fevral ayına qədər ABŞ-də qeyri-qanuni işlədi.[30] Sonradan İqqi ləqəbini seçdi.[31] Nəhayət 2018-ci ildə ABŞ-nin daimi vətəndaşı kimi təsdiqləndi.[32]

2006–2012: Karyerasının başlanğıcı, GloryIgnorant Art

[redaktə | mənbəni redaktə et]

Azaliya 2006-cı ildə ABŞ-yə ilk dəfə gələndə Florida ştatının Mayami şəhərində qaldı və daha sonra qısa müddət Texas ştatının Hyuston şəhərində yaşadı. Ardınca Corciya ştatının Atlanta şəhərinə köçərək orada bir neçə il qaldı və bu müddətdə Dungeon Family adlı rep qrupunun Backbone adlı üzvü ilə birgə çalışdı. Həımçinin gələcək əməkdaşları FKiNatali Sims ilə də tanış oldu.[33][34] İnsanların ona güləcəklərini çünki, "replərinin bərbad olduğunu düşündüklərini" dedi, amma yetişkin olduğu üçün bu tənqidlərə gülərək keçməyi bacardı.[35] Azaliya həm də 2010-cu ilin yayında onu Los-Ancelesə köçməyə təşviq edən Interscope Records şirkətindən biri ilə tanış olmuşdu. Beləcə Interscope onu qısa müddət ərzində menecment olacaqdı.[35][36] Məhz bu müddət ərzində uşaqlıq iti İqqinin adını səhnə ləqəbi və ailəsinin indiyə qədər yaşadığı və özünün də orada böyüdüyü Azaleya küçəsini ad olaraq qəbul etdi.[37] Həmçinin "fri-stil" rep və "stop motion" animasiya videoları da yaratmağa başladı.[38]

Azaliya 27 sentyabr 2011-ci ildə özünün ilk tammetrajlı layihəsi "Ignorant Art" adlı miksteypini buraxdı və bunu "insanları köhnə idealları yenidən nəzərdən keçirtməyə və müəyyənləşdirməyə təşviq etmək məqsədi ilə" hazırladığını dedi.[39] 2011-ci ilin noyabr ayında "My World" adlı mahnısı üçün Alex/2tone-nin rejissorluğu ilə klip çəkildi. Həmin videoda keçmiş güləşçi Tommi Listerin "cameo" görüntüsü olması videonun populyarlığını artırdı.[40]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mükafatlar və namizədliklər

[redaktə | mənbəni redaktə et]
İl Mükafat İş Kateqoriya Nəticə İst.
2013 MTV Video Music Awards "Work" Ən yaxşı iş Namizəd
MTV Europe Music Awards İqqi Azaliya Ən yaxşı sənətçi Namizəd
Ən yaxşı Avstraliya sənətçisi Namizəd
MOBO Awards Ən yaxşı beynəlxalq sənətçi Namizəd
2014 American Music Awards İlin sənətçisi Namizəd
Ən yaxşı yeni sənətçi Namizəd
Ən yaxşı pop/rok qadın sənətçisi Namizəd
Ən yaxşı rep/hip hop sənətçisi Qazandı
"Fancy" İlin işi Namizəd
The New Classic Ən yaxşı rep/hip hop albomu Qazandı
ARIA Music Awards İqqi Azaliya Ən yaxşı qadın sənətçi Namizəd
"Fancy" İlin mahnısı Namizəd
The New Classic Yeni sənətçinin ən yaxşı işi Qazandı
Ən yaxşı urban albom Namizəd
BET Awards Iggy Azalea Ən yaxşı qadın hip hop sənətçisi Namizəd
BET Hip Hop Awards Ən yaxşı sənətçi Qazandı
"Fancy" Ən yaxşı hip hop videosu Namizəd
Xalqın seçimi mükafatı Namizəd
Billboard Women in Music Awards İqqi Azaliya Siyahı birincisi Qazandı
MTV Europe Music Awards Ən yaxşı hip hop sənətçisi Namizəd
Ən yaxşı sənətçi Namizəd
"Black Widow" Ən yaxşı video Namizəd
MTV Video Music Awards "Fancy" İlin videosu Namizəd
Ən yaxşı qadın videosu Namizəd
Ən yaxşı pop videosu Namizəd
Ən yaxşı incəsənət idarəsi Namizəd
MOBO Awards İqqi Azaliya Ən yaxşı beynəlxalq sənətçi Namizəd
NewNowNext Awards Ən yaxşı qadın sənətçi Namizəd
Teen Choice Awards Ən yaxşı R&B/hip hop sənətçisi Qazandı
Dəb simvolu Namizəd
Yayın ən yaxşı qadın sənətçisi Namizəd
"Fancy" Yay mahnısı Namizəd
Ən yaxşı R&B/hip hop mahnısı Qazandı
Ən yaxşı qadın sənətçinin ən yaxşı sinqlı Namizəd
VEVO Certified 100 milyon izlənmə Qazandı
"Work" Qazandı
"Black Widow" Qazandı
2015 Premios Grammy "Fancy" İlin rekordu Namizəd
Ən yaxşı pop duet/qrup işi Namizəd
The New Classic Ən yaxşı rep albomu Namizəd
İqqi Azaliya Ən yaxşı yeni sənətçi Namizəd
BET Awards Ən yaxşı hip hop qadın sənətçisi Namizəd
Billboard Music Awards Ən yaxşı yeni sənətçi Namizəd
Ən yaxşı qadın sənətçi Namizəd
Ən yaxşı Hot 100 sənətçisi Namizəd
Ən yaxşı rəqəmsal mahnı sənətçisi Namizəd
Ən yaxşı internet sənətçisi Qazandı
Top artista rap Qazandı
Ən yaxşı rep sənətçisi Namizəd
The New Classic Ən yaxşı rep albomu Namizəd
"Fancy" Ən yaxşı Hot 100 mahnısı Namizəd
Ən çox izlənilən mahnı (səs) Namizəd
Ən yaxşı rep mahnısı Qazandı
"Black Widow" Namizəd
iHeartRadio Music Awards İqqi Azaliya İlin sənətçisi Namizəd
Ən yaxşı yeni sənətçi Namizəd
Ən yaxşı sənətçi Namizəd
"Fancy" Ən yaxşı əməkdaşlıq Namizəd
Kids Choice Awards Ən bəyənilən mahnı Namizəd
People's Choice Awards İqqi Azaliya Bəyənilən qadın sənətçi Namizəd
Ən bəyənilən hip hop sənəyçisi Qazandı
Teen Choice Awards Ən yaxşı qadın sənətçi Namizəd
Ən yaxşı R&B/hip hop sənətçisi Namizəd
"Pretty Girls" Qadın sənətçinin ən yaxşı mahnısı Namizəd
Ən yaxşı əməkdaşlıq Namizəd
  • "The New Classic" (2014)
  • "In My Defense" (2019)
  • "The End of an Era" (2021)
  • The New Classic Tour (2014)

Ləğv edilmiş turlar

  • Great Escape Tour (2015)
  • Bad Girls Tour (2018)
  • "XXL" Freshmen — Live Tour (2012)[41]
  • Tyga — MTV Jams Presents: Closer to My Dreams Tour (2012)[42]
  • Rita Ora — Ora Tour (2012)[43]
  • Rita Ora — Radioactive Tour (2013)
  • Nas — Life Is Good Tour (2013)[44]
  • Beyonse — The Mrs. Carter Show World Tour (2013)
  • Pitbull — I Feel Good Tour (2021)[45]
  • Pitbull — Can't Stop Us Now Summer Tour (2022)
  1. Bu açıqlamanı etdiyi tarixdə Birinci flotun gəldiyi tarixdən 223 il keçmişdi.
  1. 1 2 http://push.mtv.it/playlist/iggy-azalea/.
  2. 1 2 https://www.instagram.com/p/CBIC4QhlO_B/.
  3. E! News (ing.). / R. Seacrest 1991.
  4. 1 2 http://au.ibtimes.com/articles/534604/20140116/iggy-azalea-nick-young-officially-dating.htm#.UuMp12Q1ju0.
  5. 1 2 https://peopleenespanol.com/article/la-rapera-iggy-azalea-rompe-su-compromiso-con-el-basquetbolista-nick-young/.
  6. 1 2 https://www.complex.com/music/2018/09/iggy-azalea-relationship-with-playboi-carti-is-official-official.
  7. 1 2 http://www.dazeddigital.com/music/article/13124/1/iggy-goes-pop.
  8. 1 2 http://www.dailytelegraph.com.au/news/nsw/how-aussie-youtube-stars-like-bondi-harvest-took-the-world-by-storm-and-how-they-make-their-money/story-fni0cx12-1227247457442.
  9. 1 2 http://musicfeeds.com.au/news/are-these-the-most-powerful-people-in-the-australian-music-industry/.
  10. http://www.news.com.au/entertainment/music/australias-most-successful-rapper-iggy-azalea-wants-to-become-beyonces-bff/story-e6frfn09-1226732926166.
  11. http://www.tvguide.com/celebrities/iggy-azalea/bio/673815.
  12. http://tranzist.com/2014/08/iggy-azalea-black-widow-feat-rita-ora-rogue-remix/.
  13. https://tv.yahoo.com/news/8-reasons-shouldve-known-iggy-azalea-ghost-along-011500609.html.
  14. http://www.axs.com/news/eminem-outkast-to-headline-lollapalooza-2014-23876.
  15. Ramirez, Rauly. "John Legend and Iggy Azalea Hit No. 1 on R&B/Hip-Hop Charts". Billboard. 8 May 2014. 25 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2014.
  16. "Iggy Azalea Remains Atop Hot 100 With 'Fancy'; MAGIC!, Calvin Harris Hit Top 10". Billboard. 4 June 2014. 6 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2022.
  17. Trust, Gary. "Iggy Azalea Claims Longest Hot 100 Reign for a Female Rapper With "Fancy"". Billboard. 2 July 2014. 13 January 2015 tarixində arxivləşdirilib.
  18. Trust, Gary. "Iggy Azalea Tops Hot 100 For Seventh Week". Billboard. 9 July 2014. 8 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
  19. Trust, Gary. "Ariana Grande, Iggy Azalea Triple Up in Hot 100's Top 10, MAGIC! Still No. 1". Billboard. 20 August 2014. 18 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2014.
  20. Celebretainment. "Iggy Azalea 'extremely excited' for EP". Arizona Daily Star. 13 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2019.
  21. Bakker, Tiffany. "Iggy Azalea's Dad Brendan Kelly Penned Dirty Children's Books". News Corporation Australia. 12 June 2014. 15 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 August 2014.
  22. "Iggy's Mum Reveals Home Truths". Cosmopolitan. 3 June 2014. 29 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 August 2014.
  23. 1 2 3 Ahmed, Insanul. "Who Is Iggy Azalea?". Complex. 2 October 2011. 7 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
  24. Ryder, Caroline. "Iggy Goes Pop". Dazed. 2012. 14 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
  25. 1 2 Lewis, Brittany. "Iggy Azalea: "I Get Compared To Kreayshawn...it's annoying."". Global Grind. 26 September 2011. 5 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
  26. 1 2 "Iggy Azalea Shares Girl Group Beginnings, Love for Tupac". Rap-Up. 21 April 2012. 29 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2012.
  27. Haithcoat, Rebecca. "Meet Iggy Azalea, the Street Smart Blonde Bombshell Behind "Pu$y"". LA Weekly. 28 October 2011. 2 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2020.
  28. "So ... Who the Hell is Iggy Azalea?". Wow Magazine. 16 January 2012. 2 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2013.
  29. "Iggy Azalea Talks No. 1 Album and Cleaning Houses on 'Chelsea Lately'". Rap-Up. 21 May 2014. 28 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2014.
  30. "American Dreamin': Iggy Azalea Special Interview". BossLady.tv. 20 February 2013. 4 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2013.
  31. "Iggy Azalea: 'Call me Iggy or I will kill you'". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  32. "Iggy Azalea approved for permanent residency in United States". New York Daily News. March 16, 2018. May 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2022.
  33. "Natalie Lauren Details Her Relationship With Iggy Azalea". Jam the Hype. 21 October 2014. 14 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2016.
  34. Daniels, David. "Christian songwriter Natalie Lauren maneuvers working for Iggy Azalea, Lecrae". Rapzilla. 4 February 2015. 25 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2016.
  35. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; wcs2 adlı istinad üçün mətn göstərilməyib
  36. Sitat səhvi: Yanlış <ref> teqi; wowmagazine2 adlı istinad üçün mətn göstərilməyib
  37. "Idolator And Levi's Present Iggy Azalea: Go Forth". Idolator. 13 September 2012. İstifadə tarixi: 16 April 2014.[ölü keçid]
  38. Shamsher, Aliyah. "Exclusive: Iggy Azalea as you've never heard her before". Elle Canada. 29 February 2016. 22 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2018.
  39. "Iggy Azalea Paints a New Face on Hip-Hop with 'Ignorant Art'". Rap-Up. 13 October 2011. 26 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
  40. "Video: Iggy Azalea – 'My World'". Rap-up.com. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2014.
  41. "XXL Freshman Live Tour Wraps Up in New York City". xxlmag.com. 10 April 2012. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2022.
  42. "MTV Jams Presents 'Closer to My Dreams' Tour With Tyga". MTV RapFix. 23 July 2012. 9 October 2014 tarixində orijinalından arxivləşdirilib.
  43. "Rita Ora's Hitting The Road on The 'MTV Presents: The ORA Tour'". MTV Buzzworthy. 10 August 2012. 16 October 2013 tarixində orijinalından arxivləşdirilib.
  44. "Video: Iggy Azalea – 'Work'". Rap-Up.com. 13 March 2013. 17 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2013.
  45. Price, Jason. "Pitbull Announces Dates For 2021 'I Feel Good Tour' With Special Guest Iggy Azalea". Icon Vs. Icon (ingilis). 2021-06-22. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Sələfləri 
Hozier
"Canlı şənbə gecəsi" şousunun musiqiçi qonağı
25 oktyabr 2014
Xələfləri 
Prins

П:  Musiqi portalı П:  Avstraliya portalı