Ağrı üsyanı

Ağrı üsyanları (türk. Ağrı ayaklanmaları) — 1930-cu ildə Türkiyənin şərqində Ağrı vilayətində kürdlərin Türkiyə hökumətinə qarşı üsyanları. Üsyan zamanı partizan qüvvələrinin başçısı Cıbran qəbiləsindən Ehsan Nuri idi.

Ağrı üsyanları
Tarix 17 sentyabr 1930
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır.[1] Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır.[2] Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında[3] Birləşmiş Krallığın dəstəyi ilə[4] İhsan Nuri tərəfindən[5] Ağrı Respublikası qurulmuşdur.[6] 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.[7] 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir.[8][9] Bu böhranı sona çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.[10]

  1. Bulud, Faiq. Devletin Gözüyle Türkiye'de Kürt İsyanları (türk). İstanbul: Yön Yayıncılık. 1991. OCLC 551489566. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  2. Qəhrəman, Əhməd. Kürt İsyanları (Tedip ve Tenkil) (türk). İstanbul: Evrensel Basım Yayın. 2003. ISBN 975-6525-48-7. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  3. Edmonds, S. C. "Kurdish Nationalism",". Journal of Contemporary History (ingilis). 6 (No. 1). 1971: 91.
  4. Kurdish Republic of Ararat // Encyclopedia of the Peoples of Africa and the Middle East (ingilis). Volume I. Infobase Publishing. 2009. səh. 385. ISBN 9780816071586. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  5. Vali, Abbas. Essays on the origins of Kurdish nationalism (ingilis). Mazda Publishers. 2003. səh. 199. ISBN 978-1-56859-142-1. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  6. Kurdish Republic of Ararat // Encyclopedia of the Peoples of Africa and the Middle East (ingilis). Infobase Publishing. 2009. səh. 38. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  7. Allsopp, Harriet. The Kurds of Syria: Political Parties and Identity in the Middle East. I.B. Taurisl. 2016. ISBN 0857726447.
  8. Eygi, Mehmet Şevket. "Zilan katliamı". milligazete.com.tr (türk). Millî Gazete. October 17, 2009. November 10, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2019.
  9. Tahsin Əriş, Felit Özsoy. Öncesi ve Sonrasıyla 1925 Kürt Direnişi (Palu-Hanî-Genç) (türk). Pêrî Yayınları. 2007. səh. 271. ISBN 978-975-9010-57-7. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  10. Alakom, Rohat. Xoybûn örgütü ve Ağrı ayaklanması (türk). Avesta. 1998. səh. 180. ISBN 975-7112-45-3. 2019-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  •  Olson, Robert. "The Kurdish Rebellions of Sheikh Said (1925), Mt. Ararat (1930), and Dersim (1937–8): Their Impact on the Development of the Turkish Air Force and on Kurdish and Turkish Nationalism". Die Welt des Islams. 40 (1). 2000: 67–94. doi:10.1163/1570060001569893. JSTOR 1571104.
  • Cağaptay, Soner. Islam, Secularism and Nationalism in Modern Turkey: Who is a Turk?. Routledge. 2006. ISBN 978-1-134-17448-5.