Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Atakhanli (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
2 qısametrajlı bədii filmi rejissor Hacı Həsənov tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film "RTV Prodüser Mərkəzi"ndə istehsal edilmişdir. Qarabağ mövzusunun işıqlandırıldığı filmdə hadisələr kəndin mühasirədə, atəş altında olduğu müddətdə baş verir.[1] Filmdə əsas rolları Mehdi Kərimov, Amid Qasımov, Gülər Nəbiyeva, Firuzə Balayeva, Qabil Quliyev və Məqsudə Əliyeva ifa edirlər.
2 | |
---|---|
2 | |
Janr |
qısametrajlı dram uşaq müharibə |
Rejissor | Hacı Həsənov |
Prodüser | Azər Məmmədov |
Əsərin müəllifi | Məqsəd Nur |
Ssenari müəllifi | Məqsəd Nur |
Baş rollarda |
Mehdi Kərimov Amid Qasımov Gülər Nəbiyeva Firuzə Balayeva Qabil Quliyev Məqsudə Əliyeva |
Operator | Rövşən Quliyev |
Bəstəkar | Rüfət Əfəndiyev |
İstehsalçı | RTV Prodüser Mərkəzi |
İlk baxış tarixi | 2009 |
Filmin digər adı | İki |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 34 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2009 |
Rəng | rəngli |
Filmin baş qəhrəmanı Cəfər (Mehdi Kərimov) öz müəlliməsi (Gülər Nəbiyeva) və bacısı (Firuzə Balayeva) tərəfindən mənəvi-psixoloji təzyiqlərə məruz qalır. Buna səbəb isə müəllimənin məktəbdə yeni bir qayda qoyması olur: Dərsdən qeyri-kafi alan şagirdin boynundan ağ vərəqə yazılmış qiymət — "2" rəqəmi asılacaq və bu şagird böyük tənəffüsdə məktəb meydançasında gəzişərək, başqalarının kinayə və atmacalarına dözməli olacaq. Eyni zamanda ibtidai sinfin şagirdləri böyük siniflərin iki alan şagirdlərinin üzünə tüpürəcəklər. Amma böyük sinifdə Cəfərin böyük bacısı da təhsil alır və o iki alanda Cəfər bacısı və müəlliməsiylə qarşılaşmalı olur. Cəfər bacısı tərəfindən dözülməz basqılara, müəlliməsinin psixoloji təzyiqlərinə məruz qalır.[1]
Film sadalanan şəraitdə böyüyüb-başa çatmış Cəfərin (Amid Qasımov) təzə tikilmiş binaların gözətçisi postunda durması ilə başlanır. O, şəhərdə də rahatlıq tapa bilmir, ətrafındakılar tərəfindən incidilir. Beləliklə, baş qəhrəman dayandığı gözətçi postunda öz ağrılı keçmişini, kəndini, müəlliməsini, bacısını, ata-anasını xatırlayır və film boyu naməlum bir adama zəng edib hər dəfə eyni sualları verir.[1]
Müharibə və insan taleyinin birləşdiyi filmdə savaş ikinci plana keçib, insanın taleyi qabardılıb. Film əsas mahiyyəti ondan ibarətdir ki, basqılar, təzyiqlər, psixoloji sarsıntılar altında gələcəkdə Vətəni qoruyacaq əsgər yetişdirmək olmaz. Filmdə həmçinin keçmiş sovet dönəmində, başqa sahələrdə olduğu kimi, təhsildə də inzibati-amirlik sisteminin tənqidi, sözügedən sistemin çürüməsinin qabardılması önə çəkilib. Filmdə hadisələr bir neçə xətt üzrə inkişaf etdirilib. Və bu çoxxətli inkişafın fonunda müxtəlif insan taleləri gündəmə gəlir. Filmin əsas qayəsi odur ki, uşaqları incitmək olmaz, çünki onlar cəmiyyətə mənəvi baxımdan təmiz, komplekssiz təqdim olunmalıdır ki, gələcəkdə yaxşı vətəndaş ola bilsinlər. Təhsildə, tərbiyədəki zor, inzibati amirlik heç bir inkişafa apara bilməz. Əksinə, bu cəmiyyətin mənəvi çürüməsinə apara bilər. Qorxu, təhqir altında böyüyən uşaq böyük şəxsiyyət ola bilməyəcək, özü zorakılıq gördüyündən ətrafındakılara qarşı da zorakılıq edəcək. Çünki müharibənin yaratdığı uşaqlar qəddar, kompleksli olurlar. Həm də müharibənin doğurduğu ağrıların rezonansı özünü bir neçə nəsil göstərir.[1]
Əsər müəllifi: Məqsəd Nur
Ssenarist: Məqsəd Nur
Rejissor: Hacı Həsənov
Operator: Rövşən Quliyev
Prodüser: Azər Məmmədov
Bəstəkar: Rüfət Əfəndiyev
Mehdi Kərimov — Cəfər (kiçik)
Amid Qasımov — Cəfər (böyük)
Gülər Nəbiyeva — Həqiqət müəllimə
Firuzə Balayeva — bacı
Qabil Quliyev — ata
Məqsudə Əliyeva — ana
Şahin Həsənli — məktəb direktoru
Mehriban Hüseynova — müəllimə
Məhəmməd Məmmədli — Motu
Azərbaycan filmlərinin siyahısı
2009-cu ilin filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı