İki qüllə — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən ikincisi.[1] Ondan əvvəl "Üzük qardaşlığı", ardınca isə "Kralın qayıdışı" gəlir. Cildin adı qeyri-müəyyəndir, çünki hekayədə beş qüllənin adı çəkilir və Tolkin özü iki qüllənin ziddiyyətli identifikasiyalarını vermişdir. Narrativ qarışıqdır və bu, Tolkinə məzmunu şübhə və sürpriz içində qurmağa imkan verir. Cild əsasən tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Onlar bunu həyəcanlı və cəlbedici hesab etmişdilər. Burada epik povesti qəhrəmanlıq romantikası ilə birləşdirilmişdir.
İki qüllə | |
---|---|
ing. The Two Towers | |
Müəllif | Con Tolkin |
Janrlar | fantaziya, Fantastik qurğu |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 11 noyabr 1954, 1954 |
Əvvəlki | Üzük qardaşlığı |
Sonrakı | Kralın qayıdışı |