Üzük qardaşlığı

Üzük qardaşlığıİngiltərə yazıçısı Con Tolkinin[2] "Üzüklərin hökmdarı" epik romanının üç cildindən birincisi. Ondan sonra "İki qüllə" və "Kralın qayıdışı" kitabları gəlir. Əsərin hadisələri Orta Dünya adlı uydurma kainatda baş verir. Kitab ilk dəfə 29 iyul 1954-cü ildə Birləşmiş Krallıqda nəşr edilmişdir. Cild ön sözdən, "Hobbitlər haqqında və digər məsələlər" adlı proloqdan, I və II Kitabdakı əsas povestdən ibarətdir. Bu kitab oxuculara Hobbitlər dünyasını anlamağa kömək edir.

Üzük qardaşlığı
ing. The Fellowship of the Ring[1]
Müəllif Con Tolkin
Janrlar Fantastik qurğu, fantaziya
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 29 iyul 1954, 1954
Əvvəlki Hobbit
Sonrakı İki qüllə
  1. The Fellowship of the Ring - Tolkien Gateway.
  2. Jane Chance [Nitzsche]. The Lord of the Rings: Tolkien's Epic // Tolkien's Art: 'A Mythology for England'. Macmillan. 1980. 97–127. ISBN 0333290348.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]