İkindi namazı

Əsr və ya ikindi namazıİslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır.

Qılınma qaydası

[redaktə | mənbəni redaktə et]
  • 1-ci rükət:
  1. Niyyət;
  2. Təkbir;
  3. Həmd-surə;
  4. Ruku;
  5. 2 səcdə;
  • 2-ci rükət:
  1. Həmd-surə;
  2. Qunut;
  3. Ruku;
  4. 2 səcdə
  5. Təşəhhüd
  • 3-cü rükət:
  1. Təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  • 4-cü rükət:
  1. Təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  4. Təşəhhüd;
  5. Salam.

Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah".

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Fatihə surəsi ilə İxlas surəsi oxumaq.

Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir.

Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Namazın 3-cü və 4-cü rükətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir.

Vacibi miqdarı — "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən..

Qeyd: Müsafir olanlar zöhr namazını 2 rəkət qılırlar.