İksion (Korinf çarı)

İksion (q.yun. Ιξίων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aletin oğlu və davamçısıdır.[1][2]

İksion
Cinsi kişi[d]
Atası Alet (Korinf çarı)
Uşaqları

Korinf çarı İksion Heraklın övladlarından, Aletin oğlu idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş,[3] Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.[4]

Qədim müəlliflər İksionun e.ə. 1066-ci ildən 1029-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir.[5][6][7] Onun varisi öz oğlu I Agel olmuşdur.[5][7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hieronymus, Chronicon, 143-146.
  2. Diodoros, Bibliotheca historia, 7, frag. 9.
  3. Pausanias, Periégésis tés Hellados, 2,4,3.
  4. Pausanias, Periégésis tés Hellados, 2,4,4.
  5. 1 2 Hieronymus, Chronicon, 130-135.
  6. Eusebios, Kronika 2,221.
  7. 1 2 Diodoros, Bibliotheca historia, 7, frag. 9.