Heraklın övladları

18-ci əsrə aid originalın kopyası
Heraklın heykəli

Herakl (yunanca Ἡρακλῆς, latınca Herculēs) qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur.

Bəzi mənbələr Heraklın 3 fərqli qadınla münasibəti olduğunu yazır. Heraklın həyat yoldaşı kimi Kreontun qızı Fivan şahzadəsi Meqara göstəriılir. Herakl və Meqaranın bir 2, 4 və ya 8 övladı olub.

Əfsanəyə əsasən Herakl ağlını itirdiyi zaman Meqaradan olan bütün uşaqlarını öldürür, sonra isə Meqeranı İolaya ərə verir.

Heraklın digər həyat yoldaşı Kalidon kralının qızı Deyanira olub. Əfsanələrə görə Heraklın ölümündə Deyaniranın əli var idi.

Deyaniradan bir oğlu və bir qızı olub. Oğlunun adı Heraklid (Hill), qızının adı isə Makariya idi. Makariya döyüşlərdən birində qələbə qazanmaq üçün özünü tanrılara qurban verir.

Heraklın son həyat yoldaşı isə ölüb tanrı olduqdan sonra onunla ailə quran ilahə Heba idi. Heba ilə Heraklın əkiz oğulları Aleksiares və Aniket Olimpi qoruyan kiçik tanrılar idi.

Bəzi mənbələrə əsasən Heraklın qeyri rəsmi nikahdan bir övladı daha var idi, bu Filantın qızı Astioxadan dünyaya gələn Tlepolem idi. Tlepolem öz əmisi Likimniyi öldürdükdən sonra Rodosa qaçıb. Daha sonra Troyada dünyasını dəyişib

Alkidlər[redaktə | mənbəni redaktə et]

(yunanca Ἀλκείδης, "Alkeyin övladı"; Alkey [Ἀλκαῖος] — Herakla doğulduğu zaman verilmiş ad) — Yunan mifologiyası personajları, Meqera və Heraklın övladları. Menekrat yazır ki, Heraklın bu övladları Alkidlər kimi tanınırdılar Heraklidlər kimi deyil. İlahə Heranın lənəti ilə dəli olan Herakl bütün alkidləri öldürüb. V. Metyuz iki versiyanın olduğunu deyir. 1. Herakl onları oxla vurub (Evripid, Diodora istinadən), və ya oda atıb (Ferekidə istinadən). Alkidlərin salarında mənbələr fərqlənir.

Alkidlərin adları:

  • Ferekidə görə: Antimax, Klimen, Qlen, Terimax, Kreontiad
  • Evripidə görə: Terimax, Deikoont, Aristoden
  • Asklepiada görə: Terimax, Kreontiad, Deikoont
  • Batona görə: Polidar, Aniket, Mekistofon, Patrokl, Toksoklit, Menebront, Xersibiy
  • Psevdo-Giginə görə: Terimax, Ofit
  • Laktansiy Plasiada görə: Oksey və Kreontiad və ya Leontiad
  • İkinci Vatikan mifoqrafına əsasən: Kreontiad və Arey

Heraklidlər[redaktə | mənbəni redaktə et]

İlk Heraklidlər Heraklla Deyaniranın oğlu və qızı Hill və Makariya idi. Sonrada onlardan, daha doğrusu Hill və İoladan törəyən bütün Herakl nəslini Heraklidlər adlandırırdılar.

Heraklidlərin adları soyağacında:

Heraklidlərin soyağacı

Həraklidlər haqqında əfsanə Əfsanəyə görə Heraklın anası Alkmena Heraklın bir neçə övladını özü ilə götürüb Tirnifə qaçır. Digər uşaqlar isə Traxin şəhərində qalır.

Evrisfey onların böyüyüb onu taxtdan endirməsində qorxduğu üçün, hamısını Yunanıstan torpaqlarından qovmaq istəyirdi. Bu səbəblə o, Keikə bütün Heraklidləri təfil verməyi əmr edən məktub göndərir. Bunu öyrənən Heraklidlər Traxini tərk edib, bir şəhərdən digər şəhərə köçərək sığınacaq yer axtarırlar. Onlara yalnız Teseyin başcılığında Afina xalqı yardım etməyə cəsarət göstərir.

Robert Graves əfsanənin bu hissəsinin yaradılma səbəbi kimi mərkəzi Yunanıstanın dağ tayfalarının Miken Peloponnesinə hücumunu göstərir. Onun sözlərinə görə bu tayfalar özlərini Doriyalılar adlandırırdılar. Pavsaniyə əsasən bu eramızdan əvvəl 11-ci əsrdə baş vermişdir. Qarətlər və talanlar zamanı o ərazidə yaşayan və Herakla, Apallona, Demetraya sitayiş edən insanlar qaçmağa məcbur olmuşdular. Cənubi Fessaliyanı ələ keçirdikdən sonra isə Doriyalılar Afina ilə sülh və Peloponnes kralı Evrisfeyə qarşı mübarizədə tərəfdaşlıq elan ediblər. Əfsanənin davamına görə Tesey Heraklidləri Trikorinfdə məskunlaşdırır və Evrisfeyə təfil vermir. Bu Afina və Peloponnes arasında ilk müharibəyə səbəb olur. Elə olur ki, Heraklidlər böyüyürlər. Evrisfey ordu yığıb Afinaya qarşı savaşa gedir. İolay, Tesey, Hill Heraklidlər və Afinalıların birgə ordusunun başcıları idi. Orakul öncəgörən demişdi ki, əgər tanrılara bir qurban verilməsə Afinalılar məğlub olacaq. Heç kim öz canına qıymaq istəmirdi. Ancaq Heraklın qızı Makariya bunu edir. Afinalılar qələbə qazanırlar. Evrisfeyin oğulları Aleksandr, İfimedont və Evribiy ölürlər. Evrisfey isə döyüş meydanından atı ilə qaçır. Hill ön onu təqib edib Skiron qayaları yaxınlığında yaxalayır. Evrisfeyin başını kəsib yaxınlıqda bir yerdə bastırır.

Bu zaman zərfində isə Hill və digər Heraklidlər Peloponnesə hücum çəkib, onun bütün şəhələrini ələ keçirirlər. Bir il sonra vəba yayılır və orakul "Heraklidlər vaxtsız qayıdıblar" deyir. Buna görə Hill Marafona qayıdır. Daha sonra Delfiyalı orakulun yanına gedir və nə vaxt qayıda biləcəyini soruşur və "3 bardan sonra" cavabını alır. Bu cavabı "3 il" kimi yozan Hill 3 il istirahət edir, atasının vəsiyyətini yerinə yetirib İola ilə evlənir. Daha sonra ordusunu yığıb, yola düşür. İstmda onu Axey ordusunun başına keçmiş Atrey qarşılayır. Artıq qanın axmasını istəməən Hill özünə tay olan hər-hansı bir şəxsi döyüşə çağırır. O deyir: "Əgər mən qalib gəlsəm, bu taxt və bu torpaqlar mənim olsun, məğlub olsam isə mən və digər Heraklidlər 50 il daha bu torpaqlara geri qayıtmayacağıq. Teqeya kralı Exem döyüş çağırışını qəbul edir. Döyüşdə Hill ölür və Meqara şəhərində dəfn olunur. Herakridlər Trikorinfə geri qayıtmağa məcbur olurlar, oradan isə Doridaya keçib kral Egimiydən Herakldan qalan torpaqların yarısını istəyirlər.

Peloponnesdə Arqos şəhərində o zaman ancaq öz oğulları ilə Likminiy və bacısının oğlu, Heraklın oğlu Tlepolem qalmışdı. Bu hadisələrdən sonra Delfiyalı orakul açıqlama verir ki, o "3 bar" deəyəndə 3 nəsil nəzərdə tuturdu.

Alkmena Fivaya qayıdır, orada qocalıb, ölür. Zevs Hermesə əmr edir ki, Heraklidlərin məzara aparacaqları tabutu oğurlasın. Hermes cəsədin yerinə daş qoyub, ölü Alkmenanın bədənini müqəddəs aday aparır. Orada Alkmena dirilir və cavanlaşır. Daha sonra Radamanta ərə gedir. Heraklidlər tabutun ağırlaşdığını hiss edib, onu açırlar. Daşı görən Heraklidlər hər şeyi başa düşürlər, daşı Fivaya aparıb müqəddəs məbədə yerləşdirirlər. O gündən sonra orada hər kəs Alkmenaya sitayiş etməyə başlayır. Arqosda isə Tlepolem sözə baxmayan nökərini taxta parçası ilə vurmaq istədikdə, əlinin altına qoca əmisi Likimniy düşür. Başından zərbə alan Likimniy yerindəcə keçinir. Heraklidlərin bunu eşitdikdə onu öldürəcəklərini düşünən Tlepolem, qorxusundan Apollonun məsləhəti ilə özünə yandaşlar tapıb Rodosa qaçır. Rodosda hökmdar Triopun icazəsi ilə Tlepolem adanı 3 yerə bölür və 3 şəhərin əsasını qoyur: Lind, İyalis, Kamir. Daha sonra Tlepolem 10 Rodos gəmisi ilə Troyaya yola düşəcək…

Heraklidlərin ən kiçiyi fasoss atleti Feagen hesab olunurdu. Onun anasını məbəddə bir gecə bir şəxs ziyarət edir. O bu şəxsin həyat yoldaşı Timosfen olduğunu zənn etsə də, sonradan öyrənir ki, gələn tanrı Heraklıymış.

Heraklidlər ancaq 4 nəsil sonra Peloponnesi ələ keçirə bildilər.

Temen, Kresfont, və əkizlər Prokl və Evrisfenin(Heraklid nəslindın olan) başçılığı ilə Heraklidlərin orudus Mikenləri ələ keçirir və hökmdar Tisameni öldürürlər. Əslində, onlar bunu daha əvvəl də edə bilərdilər. Lakin, onlardan biri Karn adlı orakulu Tisamenin göndərdiyi cadugər hesab edərək öldürmüşdülər. Tanrılar qəzəblənib Heraklidlərin gəmilərini batırışdılar. Delfiyalı orakul isə məsləhət vermişdi ki, onlar qatili 10 il müddətinə sürgünə göndərib, onun yerinə triopu özləri ilə döyüşə aparsınlar. Heraklidlər istəyirdilər ki, Rodosdan Forbantın oğlu Triopu gətirsinlər, amma son anda Temen Etoliyalı tayfa başcısı Osili görüb. Oksil bir gözlü atın üzərində idi. Triop sözünün 3 gözlü mənasında olduğunu bilə Temen, Oksili özləri ilə döyüşə aparır. Onlar qələbə qazanaraq, püşkatma ilə torpaqlarlı Heraklidlər arasında bölüşdürürlər. Beləlikıə Arqos Temenə, Sparta Prokl və Evrisfenə, Mesenna isə Kresfonta çatır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Robert Graves — "Qədim Yunan Mifologiyası".
  • Геракл // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.516