İlham Hüseynov (əsgər, 1973)

İlham Bəhram oğlu Hüseynov (9 dekabr 1973, Kirovabad19 iyun 1992, Aterk, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi.

İlham Hüseynov
İlham Bəhram oğlu Hüseynov
Şəxsi məlumatlar
Digər adı İlham Hüseynov
Doğum tarixi 9 dekabr 1973(1973-12-09)
Doğum yeri
Vəfat tarixi 19 iyun 1992(1992-06-19) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri Bakı, Şəhidlər Xiyabanı
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Təltifləri “Azərbaycan Respublikasının Fəxri fərmanı”
Həsənriz (Aterk) uğrunda 40 Şəhid. (Abidə 5 sentyabr 1992 qoyulmuşdur.) Haqverdi Verdiyev,Yusif Qasımov, Sərvan Ağayev, Elman Cavadov, Ucar Zeynalov, Əlibaba İbrahimov, İlham Hüseynov (əsgər, 1973)

Həyatı[redaktə | mənbəni redaktə et]

Sıravi İlham Hüseynov 1973-cü il dekabrın 9-da Gəncə şəhərində anadan olub. 1992-ci il fevralın 26-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən onu hərbi xidmətə çağırılmışdır.

Sıravi İ.Hüseynovun həyat və döyüş yolu barədə görkəmli ziyalımız Əhməd İsayevin 2005-ci ildə Bakıda nəşr olunmuş “Gəncə şəhidləri” kitabında da qısa məlumat verilmişdir. Müəllif kitabında İlhamın Gəncə şəhər milis batalyonunda xidmət etdiyini vurğulayır. (Məlumat üçün qeyd edək ki, daxili işlər nazirinin 30 iyun 1992-ci il tarixli müvafiq əmri ilə Daxili Qoşunların Baş İdarəsinə bağlı olaraq yaradılmış polis alayı (5477 saylı hərbi hissə) Gəncə şəhərində yerləşdirilmişdir). Kitabda həmçinin igid döyüşçünün sonralar Marquşevan, Kəlbəcər və Murovdağ istiqamətində gedən döyüşlərdə də iştirak etdiyi qeyd edilmişdir.

19 iyul 1992-ci il. Ağdərənin Həsənriz (Aterk) kəndi uğrunda gedən qanlı döyüşlər İlhamın son döyüşü olur. Bu döyüşlərdə ağır yaralanan igid hərbi qulluqçumuz gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəlir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Sıravi İlham Hüseynov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
  2. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.