Film Lenin və Azərbaycan mövzusuna həsr olunmuşdur. Filmdə inqilabdan qabaqkı Azərbaycan həyatına geniş yer ayrılmışdır. 26 Bakı komissarının güllələnməsi, Azərbaycan bolşeviki Dadaş Bünyadzadənin Leninlə görüşü, XI Qırmızı Ordu hissələrinin Bakıya daxil olması, Kirov, Bünyadzadə, Musabəyov və başqa partiya rəhbərləri tərəfindən döyüşçülərin qarşılanması və digər kinoarxiv materialları filmə daxil edilmişdir.
İliçin döyünən qəlbi | |
---|---|
Janr | tarixi |
Rejissor | Zeynəb Kazımova |
Ssenari müəllifləri |
Püstə Əzizbəyova Vladimir Sinitsın Ruslan Şahmalıyev |
Operator | Elxan Əliyev |
Bəstəkar | Xəyyam Mirzəzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1967 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1967 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Sonrakı kadrlarda sovet dövründə Azərbaycanın iqtisadi-siyasi həyatı, Suraxanı mədənlərində baş vermiş yanğının söndürülməsi, Xəzərin qoynunda salınmış Neft Daşları, Azərbaycanda elm, maarif, texnika və sənayenin inkişafı öz əksini tapmışdır.
Filmdə vaxtilə Leninlə görüşmüş köhnə bolşevik Müseyib Dadaşovun söhbətinə müəyyən yer verilmişdir.