Püstə Əzizbəyova

Püstəxanım Əzizbəyova (29 dekabr 19298 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır.

Püstəxanım Əzizbəyova
Püstə Əzizağa qızı Əzizbəyova
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əzizağa Əzizbəyov
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adları professor, akademik
İş yeri
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982
"Şərəf nişanı" ordeni"Qırmızı əmək bayrağı" ordeni

Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur.

P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir.

P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır.

O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir. 1961-ci ildə muzeyin dir­ektoru təyin olunan P.Əzizbəyova ömrünün so­n­­unadək (1998) bu vəzifədə işləmişdir. Onun böyük təşkilatçılıq qabiliyyəti, mu­zey­şü­naslığa dərindən bələd olması muzey əmək­daş­larının işini elə qurmağa imkan vermişdir ki, bu mədəniyyət ocağı ölkənin aparıcı mu­zey­lərindən birinə, çoxsaylı ümum­ittifaq və xa­rici sərgilərin iştirak­çısına, Elmlər Aka­de­mi­yasının geniş eks­pozisiya və ciddi araş­dır­ma işinin görüldüyü mühüm elmi tədqiqat müəs­sisəsinə çevrilmişdir.

P.Əzizbəyova bir çox mo­no­qra­fiya və müxtəlif həcmli nəşrlərin, o cüm­lə­dən 300-ə yaxın məqalənin müəllifidir.

O, uzun müddət Ümum­it­ti­faq “Bilik” Cəmiyyətinin Bakı bölmə­sinə baş­çı­lıq etmişdir.

P.Əzizbəyova “Qırmızı Əmək Bay­rağı”, “Şərəf nişanı” ordenləri, “Rəşa­dətli əmə­­­yə görə” medalı, Azərbaycan SSR Ali So­ve­ti Rəyasət Heyətinin iki Fəxri Fər­manı ilə təl­tif olunmuşdur. 1982-ci ildə isə Azərbaycan SSR Əməkdar elm xa­dimi adına layiq görül­müş­dür.[1]

Əzizbəyova bir neçə kino filminde kino məsləhətçisi və ya ssenarist kimi çıxış etmişdir. Bunlar:

  1. İlk hücum (film, 1985)
  2. Qızıl uçurum (film, 1980)
  3. Bakı Komissarı Məşədi Əzizbəyov (film, 1975)
  4. İliçin döyünən qəlbi (film, 1967)