Gürcüstan Milli Əlyazmalar Mərkəzi (gürc. საქართველოს ხელნაწერთა ეროვნული ცენტრი; əvvəllər Əlyazmalar İnstitutu)- Gürcüstanın paytaxtı Tiflisdə yerləşən, qədim əlyazmaların, tarixi sənədlərin və görkəmli ictimai xadimlərin şəxsi arxivlərinin saxlanıldığı yer. Mərkəz 30 iyun 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiya əsasında yaradılıb. Mərkəzin təsisçisi və ilk direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlya Abuladze idi. Milli Əlyazmalar Mərkəzinin kolleksiyasına əlyazmalar, tarixi sənədlər, qədim çap olunmuş kitablar, nadir nəşrlər və müxtəlif ailə mirasları daxildir. Mərkəz elmi tədqiqatlar, sərgilər və bərpa işləri ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mərkəzdə və onunla birlikdə işləyən mütəxəssislər Mərkəzdəki materialların təsviri, sistemləşdirilməsi, tədqiqi və nəşri, habelə bu materialla əlaqəli məlumat bazasının yaradılması ilə məşğul olurlar. Mərkəz, həmçinin, zəngin akademik kitabxanaya malikdir və Korneli Kekelidze, İvane Cavaxişvili, İlya Abuladze, Niko Berdzenişvili, Elene Metreveli və Şalva Amiranaşvilinin xatirəsinə həsr olunmuş otaqları var.
Gürcüstan Milli Əlyazmalar Mərkəzi (gürc. საქართველოს ხელნაწერთა ეროვნული ცენტრი) | |
---|---|
ხელნაწერთა ეროვნული ცენტრი | |
Əsası qoyulub | 30 iyun 1958 |
Mövzu | Arxiv, incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Tiflis, Gürcüstan |
Ünvan | 1/3 Merab Aleksidze küçəsi |
Direktor | Zaza Abaşidze |
41°43′03″ şm. e. 44°47′00″ ş. u.HGYO | |
manuscript.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Milli Əlyazmalar Mərkəzi 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiyaya əsaslanan "Gürcüstan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu" institutun ilk direktoru olmuş İlya Abuladzenin təşəbbüsü nəticəsində yaradılıb. 1962-ci ildə gürcü filoloqu və ədəbiyyat tarixçisi Korneli Kekelidzenin şərəfinə institutun adına "Kekelidze" sözü əlavə edildi. 1968-ci ildən 1989-cu ilə qədər institutun direktoru Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Elene Metreveli idi. 1989–2006-cı illər arasında qurumun direktoru Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidze idi.
2006-cı ildə "Gürcüstan Elmlər Akademiyasının Korneli Kekelidze Əlyazmalar İnstitutu" ləğv edilərəkdi və əvəzində ictimai qanuna əsasən bir hüquqi şəxs kimi "Korneli Kekelidze Əlyazmalar İnstitutu" yaradıldı.[1] 23 may 2007-ci ildə institutun adı institut heyətinin təşəbbüsü ilə "Milli Əlyazmalar Mərkəzi" olaraq dəyişdirildi. Bu təşəbbüs Elm və Təhsil Nazirliyi tərəfindən dəstəkləndi və hökumət tərəfindən təsdiq edildi.[2]