İlqar Əlləzoğlu

İlqar Hacıyev (İlqar Əlləz oğlu Hacıyev) — iş adamı, iqtisadçı, "Şərəf" ordeni laureatı, Polad Bülbüloğlunun keçmiş müşaviri, "Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi"nin təsisçisi.

İlqar Hacıyev
İlqar Əlləz oğlu Hacıyev
Digər adı İlqar Əlləzoğlu
Doğum tarixi (50 yaş)
Doğum yeri Stepanavan rayonu, Kirov kəndi, Ermənistan SSR
Milliyyəti azərbaycanlı
Təhsili Dağıstan Dövlət Universiteti
Mükafatları "Şərəf" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

İlqar Hacıyev 3 iyul 1973-cü ildə Ermənistanın Stepanavan rayonunun Kirov kəndində anadan olub. On yeddi yaşında məktəbi bitirəndən sonra o, bizneslə məşğul olub. İxtisasca iqtisadçıdır. İlqar Hacıyev Rusiyanın Dağıstan Dövlət Universitetinin məzunudur. 2019-cu ilə qədər İlqar Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müşaviri vəzifəsində çalışıb. 2019-cu ilin yanvarında Londonda İlqar Hacıyev "Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi"ni təsis edib[1].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Hazırda İsveçrədə yaşayır. Ailəlidir, dörd övladı var.

Fəalyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2005-2009-cu illər ərzində Azərbaycanda fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbəri olub[2].

Onun rəhbərliyi ilə "Akkord" şirkəti Avropa keyfiyyətə nəzarət sistemini ilk tətbiq edib. Tikintinin qabaqcıl texnologiyaları sahəsində peşəkar konsultasiyalar almaq üçün "Akkord" menecmenti Avstriyanın aparıcı konsaltinq şirkətini cəlb etmişdir. Şirkət Primavera P6 proqramının ən son versiyasını tətbiq edən birincilərdən biridir. Bu proqram istifadəçi interfeysi istifadə edərək əməliyyat proseslərini idarə etməyə imkan verib[1].

"Akkord" Azərbaycanda layihələrin idarə edilməsi üzrə Beynəlxalq Assosiasiyanın (SGS) standartlarını qəbul edib və ISO 9001-2000 Standartına uyğunluq sertifikatı almış ilk iri inşaatçı olub. O, beton və kərpic istehsalının, eləcə də tikintinin həyata keçirilməsinin beynəlxalq keyfiyyət standartlarına cavab verdiyini təsdiqləyir[3].

2012-ci ildə "Akkord" "BİD Beynəlxalq Kommersiya Assosiasiyası" tərəfindən "Avropa keyfiyyəti-2012" qızıl mükafatına layiq görülüb. 2012-ci ilin aprelində "Akkord" Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) "İlin Tikinti Şirkəti" nominasiyasında təsis etdiyi "Caspian Energy Integration Mükafatı-2012" beynəlxalq mükafatına da layiq görülüb[3].

İlqar Hacıyev 2011-ci ildən etibarən sahibi olduğu "SDI Group" Rusiya Federasiyasında fəaliyyət göstərir. Şirkət qısa müddətdə bir sıra böyük layihələrə imza atıb. Şirkət tərəfindən Moskvada və Moskva vilayətində 50-dən çox infrastruktur obyekti tikilib. Ümumilikdə, Qrupun şirkətlərinin Rusiyadakı işi dövründə 8 milyard rublluq dövlət podratı yerinə yetirilib[4].

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2017-ci ilə qədər Rusiyada onlarla nüfuzlu azərbaycanlı biznesmenləri birləşdirən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru olub. O, hər zaman Azərbaycan diasporu ilə çox sıx təmasdadır. Yüzlərlə Azərbaycan vətəndaşının da çalışdığı "SDI Group", eyni zamanda milli diaspora xidmət edir[5].

Mükafatları[redaktə | mənbəni redaktə et]

İlqar Hacıyev 2009-cu ildə Gürcüstan Prezidenti Mixeil Saakaşvili tərəfindən "Akkord" şirkətlər qrupunun Gürcüstanda yol tikintisi sahəsində qazandığı uğurlara görə "Şərəf" ordeninə layiq görülüb[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Julia Bailey. "Ilgar Hajiyev and the contribution of the SDI Group company to the Azerbaijani construction sector" (ingilis). journalism.co.uk. November 2, 2020. 2021-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  2. "Ильгар Гаджиев защищает пострадавших от рейдерства бизнесменов" (rus). interfax.ru. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  3. 1 2 "Ильгар Гаджиев и его известность до истории с крупнейшим захватом в строительном секторе России  Об этом сообщает "Рамблер". Далее: https://finance.rambler.ru/other/44494118/?utm_content=finance_media&utm_medium=read_more&utm_source=copylink" (rus). finance.rambler.ru. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  4. "Ильгар Гаджиев и его известность до истории с крупнейшим захватом в строительном секторе России" (rus). konkurent.ru. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  5. ""Doğma vətənimizi tanıtmaqdan qürur duyuruq"" (az.). news12.az. 17-11-2020. 2020-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  6. İslam Əliyev. "GÜRCÜSTAN PREZİDENTİ "AKKORD" ŞİRKƏTLƏR QRUPUNUN 2 ƏMƏKDAŞINI MÜKAFATLANDIRMIŞDIR" (az.). azertag.az. 08.12.2009. İstifadə tarixi: 2021-01-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]