İlya Averbax

İlya Aleksandroviç Averbax (rus. Илья́ Алекса́ндрович Аверба́х; 28 iyul 1934[1], Leninqrad11 yanvar 1986[1], Leninqrad və ya Moskva) — SSRİ kinorejissoru, ssenarist, RSFSR-in əməkdar artisti (1976).

İlya Averbax
Doğum tarixi 28 iyul 1934(1934-07-28)[1]
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1986(1986-01-11)[1] (51 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist
Təhsili
  • Ali rejissor və ssenarist kursu[d]
Mükafatları RSFSR əməkdar incəsənət xadimi
IMDb ID0042946

İlya Aleksandroviç Averbax 28 iyul 1934-cü ildə Leninqradda anadan olmuşdur. Atası, kommersiya namizədi Aleksandr Leonoviç Averbax, gəncliyində Böyük Dram Teatrının truppasında aktyor olmuş, sonra Leninqrad Texnoloji İnstitutunun iqtisadiyyat fakültəsini bitirmiş və mühəndis işləmişdir. Babası Leon (Leyb) İliç Averbax Rıbinsk yəhudi icmasının başçısı idi. Ulu babası İlya Osipoviç Averbax (1836-1909), 2-ci gildiya Mariupol tacirinin oğlu idi. O, daha sonra birinci gildiyadan Rıbinsk taciri və Şeksna gəmiçiliyinin rəhbəri kimi çalışmışdır.

İlya Averbax 1958-ci ildə Leninqrad Tibb İnstitutunu, 1967-ci ildə "Lenfilm" kinostudiyasında rejissorluq kursları keçdikdən[2][3] sonra həmin kinostudiyada elmi-populyar və bədii filmlərin ssenari müəllifi olmuşdur.[4]

  1. 1 2 3 4 Averbach, Il'ja Aleksandrovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Сценарное отделение Arxivləşdirilib 2020-06-11 at the Wayback Machine// Высшие курсы сценаристов и режиссёров
  3. В некоторых источниках упоминается также мастерская Габрилович, Евгений Иосифович.
  4. Авербах Илья Александрович. Энциклопедический словарь. 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]