İlya Peçorski

İlya Borisoviç Peçorski (rus. Илья Борисович Печерский; 1900, Bakı2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi, Azərbaycan SSR xalq təchizat komissarı. Siyasi repressiyaya məruz qalmışdır.

İlya Peçorski
bayraq
Azərbaycan SSR xalq təchizat komissarı
bayraq2
bayraq
Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini
bayraq2
7 oktyabr 1930 – ?
KomissarVladimir Paruşin
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02)
Vəfat yeri
Partiya

Həyatı[redaktə | mənbəni redaktə et]

İlya Borisoviç Peçorski 1900-cü ilə Bakıda anadan olmuşdur. 1917-ci ildən Bakının neft mədənlərində işləmiş və fəhlələrin "İqla" həmkarlar ittifaqında çalışmışdır. 1918-ci ildə Qızıl Orduda xidmət etmiş, elə həmin ilin dekabr ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul edilmişdir. İnqilabi fəaliyyətinə görə 1919-cu ildə həbs edilmişdir.[1]

İlya Peçorski Bakıda gizli kommunist özəyinin təşkilatçılarından biri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra o, Azərbaycan İnqilab KomitəsininBayıl-Bibiheybət rayon partiya komitəsinin katibi, Fabrik-Zavod rayon partiya komitəsinin təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1928–1937-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi rəisinin müavini, Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR xalq təchizat komissarı, ZSFSR və Azərbaycan xalq təsərrüfatı uçot idarələrinin rəisi olmuşdur.[1]

Həbsi və ölümü[redaktə | mənbəni redaktə et]

İlya Peçorski Stalin repressiyasına məruz qalmışdır. O, 23 oktyabr 1937-ci ildə antisovet sağçı terror təşkilatının üzvü olması ittihamı ilə həbs edilmiş və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilmiş və qərar həmin gün icra olunmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilmiş, 11 sentyabr 1956-cı ildə isə partiya üzvlüyü bərpa edilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Печорски Илја Борисович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1983. С. 520.
  2. Печерский Илья Борисович // Открытый список (rus). İstifadə tarixi: 2023-09-11.