İlyas Vəkilov

İlyas Sultan oğlu Vəkilov (20 mart 1905, Çivə, Şərur-Dərələyəz qəzası2 iyun 1987, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, iqtisad elmləri namizədi, dosent.[1]

İlyas Vəkilov
Doğum tarixi
Doğum yeri Çivə, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Mükafatları "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı

1923-cü ildə komsomolun göndərişi ilə təhsil almaq üçün Bakıya gəlmiş, Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi almışdır (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləmişdir (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləmiş (1931–1935), ixtisısını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirmişdir (1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olmuş (1938–1949), Bakı Şəhər Soveti plan komissiyasının sədri işləmişdir (1949–1978).

İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilmişdir.