Çivə

Çivəİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]

Kənd
Çivə
39°46′02″ şm. e. 45°08′27″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.250 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 698 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çivə xəritədə
Çivə
Çivə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 13 km cənub-qərbdə, Arpaçayın sağ qolu olan Elpin çayının hər iki sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsinndə[4] qeyd edilmişdir.

Toponim yivə türk tayfa adının fonetik forması olan çivə etnonimi əsasında yaranmışdır. Türk dillərində y~ç paralelləri geniş şəkildə özünü göstərir[5][6]. «Yarğan», «hündür qaya», «dik sahil» mənalarında işlənən yar, çar sözlərindəki[7] y~ç səsəvəzlənməsi buna aydın misaldır.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 294 nəfər, 1886-cı ildə 431 nəfər, 1897-ci ildə 689 nəfər, 1904-cü ildə 562 nəfər, 1914-cü ildə 612 nəfər, 1916-cı ildə 758 nəfər, 1919-cu ildə 1200 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].

1919-cu ilin axırlarında kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 391 nəfər azərbaycanlı, 1926-cı ildə 367 nəfər azərbaycanlı, 94 erməni, 1931-ci ildə 367 nəfər azərbaycanlı, 221 erməni yaşamışdır[8].

Yuxarıdakı rəqəmlərdən göründüyü kimi ermənilər burada 1926-cı ildən məskunlaşdmhblar. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-53 - cü illərdə bu kəndin əhalisi də zorla Azərbaycana köçürülmüşdür. 1953 - cü ildən sonra onların bir hissəsi yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir[9]. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.57
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.284
  5. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası, Bakı, «Maarif», 1988. s.529
  6. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, «Elm», 1995. s.170
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.607, 650
  8. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.92-93, 162-163
  9. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.203