Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İmadəddin Nəsimi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş sənədli film.
İmadəddin Nəsimi | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Nazim Abbas |
Ssenari müəllifləri |
Rasim İsmayılov Semyon Kuşner |
Operator | Georgi Şiryayev |
İstehsalçı | "Azərbaycantelefilm" |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | SSRİ |
İl | 1973 |
Texniki məlumatlar |
3 hissə 790 metr 35 mm |
Rəng | rəngli |
Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şeirləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.