Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938, Lənkəran – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Nazim Abbas | |
---|---|
Digər adı | Nazim Abbasov |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Fəaliyyəti |
Rejissor Ssenarist Aktyor |
Fəaliyyət illəri | 1961–2000 |
Mükafatları |
Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur.[1] Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır.
Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.