Kinolent xalq artisti, görkəmli Azərbaycan kinorejissoru, yazıçı və dramaturq Həsən Seyidbəyliyə həsr olunmuşdur. Burada Azərbaycanın tanınmış sənətkarlarından Rüstəm İbrahimbəyov, Rasim Ocaqov, Rasim Balayev, Xalidə Quliyeva, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Həsən Seyidbəyli haqqında söz deyirlər.
Kinorejissor Həsən Seyidbəyli | |
---|---|
Janr | Bioqrafik |
Rejissor | Cəmil Quliyev |
Ssenari müəllifləri |
Baba Vəziroğlu Cəmil Quliyev |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
Filmin digər adı | Kino haqqında kino |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan |
İl | 2002 |
Texniki məlumatlar |
4 hissə 1010 metr 35 mm |
Rəng | rəngli |
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmdə kino və foto arxiv sənədlərindən istifadə olunmuş, H.Seyidbəylinin çəkdiyi filmlərdən — "Nəsimi", "Sən niyə susursan?", "Möcüzələr adası", "Bizim Cəbiş müəllim", "Telefonçu qız" kinolentlərindən fraqmentlər verilmişdir.