İmam Əli hərbi bazası — Suriyanın şərqindəki Əbu Kamal şəhəri və İraq–Suriya sərhədi yaxınlığında yerləşən İran hərbi bazası.
İmam Əli hərbi bazası | |
---|---|
Əbu Kamal, Deyr əz-Zor mühafəzəsi (Suriya) | |
Tipi | İran İslam Respublikası Silahlı Qüvvələrinin bazası |
Yer haqqında informasiya | |
Sahib | Suriya hökuməti |
Nəzarət olunur | İran İslam Respublikası Silahlı Qüvvələri |
Tikinti yerinin tarixi | |
Tikilib | 2019 |
İnşaatçı | Qüds qüvvələri |
İstifadə illəri | 2019 – h.h. |
İmam Əli hərbi bazasında 2018-ci ilin əvvəllərindən bəri davamlı olaraq inşaat işləri davam etdiyi qeydə alınmışdır.[1] "Fox News" şəbəkəsi 4 sentyabr 2019-cu il tarixində Əbu Kamal yaxınlığında "gizli bir İran layihəsi"nin, yəni İmam Əli hərbi bazasının inşa edildiyini bildirmişdir. Bu, sonradan peyk görüntüləri ilə təsdiqləmişdir.[2] Layihə Tehrandakı yüksək rəhbərlik tərəfindən təsdiqlənmiş və İranın Qüds qüvvələrinə həvalə edilmişdir.[3]
9 sentyabr 2019-cu ildə "İran" və ya "İran dəstəkli milis"lərin hava hücumlarında hədəf alındığı xəbərləri ortaya çıxmışdır. Bu hücumlar 2018-ci il iyun ayında Qətaib Hizbullah milislərinə edilən hava hücumlarına oxşar idi. "ImageSat International"ın 2019-cu ilin axırlarında çəkdiyi peyk görüntüləri bazada bir tunel sisteminin qurulduğunu göstərir, hansı ki, Qərb kəşfiyyat mənbələrinə görə içərisində raketlər saxlanılır.[4]
Baza İsrail Hərbi Hava Qüvvələri tərəfindən dəfələrlə vurulmuşdur. Bundan sonra tunellərin inşasının sürətləndiyi və tezliklə 2019-cu ilin noyabr ayından etibarən istifadəyə veriləcəyi bildirilmişdir.[5] Buna baxmayaraq baza yenidən, 25 fevral 2021-ci ildə ABŞ ordusu tərəfindən vurulmuşdur.[6] Bu hücum 10 gün əvvəl İraqın Ərbil şəhərindəki ABŞ qüvvələrinə qarşı raket hücumlarına cavab idi[7] və ABŞ Prezidenti Co Bayden dövründə həyata keçirilmiş ilk hərbi əməliyyat olmuşdur.[8][9]