İmam Rza məscidi — Sabunçu rayonunun ən böyük məscidlərindən biridir.[1]
islam | |
İmam Rza məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yeri | Bakıxanov, Sabunçu rayonu, Sülh küçəsi |
Memarlıq | |
İnşa tarixi | 1993 – 2008 |
Tikdirəni | Əhali |
İmam Rza məscidinin təməli 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılmışdır. Məscid 1997-ci ildə əhali tərəfindən tikilib.
Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondu İmam Rza məscidinin yenidən qurulması missiyanı öz üzərinə götürmüş, ibadət evi 2013-cü il iyunun 6-da istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər.[2]
İmam Rza məscidinin təməli 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılmışdır. Göstəricilərinə görə, Sabunçu rayonu rayonunun ən böyük məscidlərindən biridir. Qoşa minarəsinin hündürlüyü 32 metrdir. Mehrabın qarşısında Qurani-Kərimdən ayələr yazılmışdır. İbadət zalı təxminən 400 kvadratmetr olan məsciddə eyni vaxtda 500 nəfərin namaz qılması üçün bütün zəruri şərait yaradılmışdır.[3]