Kanzaki

Kanzaki (神埼, Kanzaki?)Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 20 mart 2006-ci ildə qurulmuşdur.

Kanzaki
yap.
Bayraq Gerb
Bayraq Gerb
33°18′42″ şm. e. 130°22′17″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region [[Kyuşu]]
Prefektura [[Saqa]]
Mer Şinqeyuki Matsumoto
Tarixi və coğrafiyası
Əsası qoyulub 20 mart 2006
Sahəsi 125,01 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 31.981 nəfər (28 fevral 2017)
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
Digər
city.kanzaki.saga.jp  (yap.)
Xəritəni göstər/gizlə
Kanzaki xəritədə
Kanzaki
Kanzaki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 31,981 nəfərdir, hər km² ərazidə 260 nəfər yaşayır. Şəhərin sahəsi 125,01 km²-dir.

1 aprel 1889-cu ildəki inzibati islahatdan sonra Çitose, Hasuike, Kanzaki, Niiyama, Sayqo, Sakayno, Sefuri və Şirota qəsəbələri Kanzaki regionunu əmələ gətirmişdirlər. 1893-cü ildə Kanzakiyə şəhər statusu verilmişdir. 1955-ci ildə Sayqo və Niiyama qəsəbələri Kanzakiyə birləşdirilmişdir. 2006-cı ildə Kanzaki şəhərinə Çiyoda şəhəri və Sefuri qəsəbəsi daxil edilmişdir.

Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Şəhərin qərb hissəsi Sefuri dağlarının mərkəzində qalır. Cənubda Çikuqo çayı və Saqa düzənliyi yerləşir. Dağlar: Sefuri və Doki. Çaylar: Çikoqu, Cobaru, Tade, Sanbonmatsu.

Saqa xəritəsində.

2017-ci ilin məlumatına görə şəhərin əhalisi 31,981 nəfərdir, hər km² ərazidə 260 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[1]

1980 31.815 nəfər.
1985 32.339 nəfər.
1990 32.502 nəfər.
1995 33.049 nəfər.
2000 33.648 nəfər.
2005 33.537 nəfər.


Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü sakura hesab olunur.

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]