İmişli FK — və ya digər adı ilə İmişli Futbol Klubu. Azərbaycan Respublikası İmişli şəhərini təmsil edən futbol klubudur. 2022-ci ildən Azərbaycan Birinci Divizionunda iştirak edir.
İmişli FK | |
---|---|
Klubun tam adı | İmişli Futbol Klubu |
Ölkə | Azərbaycan Respublikası |
Kodu | İMŞ |
Rəng(lər) | |
Yaranma tarixi | 2004 ) |
Stadionu | Heydər Əliyev adına İmişli şəhər stadionu |
Tutumu | 9700 |
Koordinatlar | V22R+9FM |
Baş məşqçisi | Əsgər Abdullayev |
Kapitanı | Tolqar Yaqubov |
Liqa | Azərbaycan Birinci Liqası |
2022/2023 | 13 |
"İmişli" klubu 2004-cü ildə MKT-Araz adı ilə fəaliyyətə başlamışdır. Daha sonradan Mil-Muğan olaraq davam etmişdir. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır.
Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir.
2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur[1].
Mil düzünün iki klubu Mil-Beyləqan FK ve İmişli FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Kubok |
---|---|---|---|---|---|---|---|---|---|---|
2004–05 | 1-ci | 8 | 34 | 16 | 9 | 9 | 35 | 23 | 57 | 1/2 final |
2005–06 | 1-ci | 9 | 26 | 9 | 8 | 9 | 31 | 36 | 35 | 1/4 final |
2006–07 | 1-ci | 5 | 24 | 12 | 5 | 7 | 23 | 18 | 41 | Finalçı |
2009–10 | 2-ci | 5 | 22 | 11 | 5 | 6 | 41 | 29 | 38 | 1/16 final |
2010–11 | 2-ci | 4 | 26 | 15 | 3 | 8 | 49 | 34 | 48 | 1/8 final |
2011–12 | 2-ci | 7 | 26 | 11 | 3 | 12 | 35 | 43 | 36 | İştirak etməyib |
2013–14 | 2-ci | 9 | 30 | 11 | 7 | 12 | 29 | 33 | 40 | 1/8 final |
2014–15 | 2-ci | 13 | 30 | 7 | 5 | 18 | 30 | 65 | 26 | İştirak etməyib |
2015–16 | 2-ci | 8 | 26 | 8 | 8 | 10 | 28 | 26 | 32 | 1/8 final |
Liqanın axırlarına qədər klub oyunlarını Saatlı stadionunda keçiridi. Yalnız 6 aprel tarixində, keçirilən baxış nəticəsində İmişli öz ev oyunlarını doğma meydanda keçirə bildi.[2] Uzun fasilədən sonra aprelin 12-də "Qarabağ-2" ilə doğma meydanda keçirilən görüşü, rəsmi protokola görə, 4500 tamaşaçı tərəfindən izlənmişdir. Komandanın İmişlidə keçirdiyi sonrakı iki görüşünə də maraq az olmayıb: "Kəpəz-2" ilə matçına 2500, bu mövsüm sonuncu ev görüşü - "Zirə-2" ilə qarşılaşmaya isə 4500 tamaşaçı tribunadan baxıb. Beləliklə, 3 matça düz 11.300 tamaşaçı gəlib. Bunlar Azərbaycan futbolunun bugünkü reallığında ən yüksək göstəricilərdən biridir[3]
22 iyul tarixində "İmişli" klubu ictimaiyyətə yeni baş məşqçi olan Əsgər Abdullayevi təqdim etdi.[4]
|