İmran Mirzəyev

İmran Xudaverdi oğlu Mirzəyev (d. 1996; Yevlax, Azərbaycan - ö. 3 fevral 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İmran Mirzəyev
İmran Xudaverdi oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yevlax, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

İmran Mirzəyev 1996-cı ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər İmran Mirzəyev 2016-cı ilin fevralın 3-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 4-ü isə İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

İmran Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]