İmran Xan

İmran Xan (عمران خان‎; 5 oktyabr 1952[1], Lahor, Pakistan dominionu) — Pakistanlı siyasətçi, keçmiş kriket oyunçusu, xeyriyyəçi, kriket oyunu üzrə icmalçı və Bredford Universitetinin sabiq rektoru. O, həmçinin Şövkət Xanımın Xatirəsinə Xərçəng Xəstəxanasının (urdu شوکت خانم یادگاری سرطان شفاخانہ اور مرکز تحقیق; ing. Shaukat Khanum Memorial Cancer Hospital) və Mianvalidə Namal Kollecinin əsasını qoyub. İmran Xan XX əsrin son 20 illiyində beynəlxalq kriket oyunçusu olub. Karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağa başlayıb.[2][3] 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın 22-ci baş naziri vəzifəsində çalışıb.

İmran Xan
Doğum tarixi 5 oktyabr 1952(1952-10-05)[1] (72 yaş)
Doğum yeri
Uşaqları 2
Təhsili
Fəaliyyəti siyasətçi, avtobioqraf[d], investor
Fəaliyyət illəri 1971-2022
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1996-cı ildə Xan Pakistan Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoyaraq özü onun ilk sədri olur.[4] O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsinin millət vəkili seçilib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb.[5][6] GlobalPost jurnalı onu 2012-ci lin doqquz lideri siyahısında üçüncü olaraq göstərib.[7] Qeyri-kommersiya təşkilatı olan "Asia Society"ə görə, Xan 2012-ci ildə Asiyada "İlin Adamı" seçilib.[8] 2023-cü ildə üç il müddətinə azadlıqdan məhrum edilib.[9] 5 il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan olunub.[10]

  1. 1 2 https://www.dawn.com/news/1136414/happybirthdayik-pti-chairman-imran-khan-turns-62.
  2. Thomas Fletcher. Imran Khan // John Nauright, Charles Parrish (redaktor). Sports Around the World: History, Culture, and Practice. ABC-CLIO. 6 aprel 2012. səh. 231. ISBN 978-1598843002. 19 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  3. Kamila Hyat. Khan // Ayesha Jalal (redaktor). The Oxford Companion to Pakistani History (ingilis). No. 38, Sector 15, Korangi Industrial Area, P.O.Box.:8214, Kəraçi-74900, Pakistan: Ameena Saiyid, Oxford University Press. 2012. səh. 282. ISBN 9780195475784.
  4. Kervin, Alison. "Imran Khan: 'What I do now fulfils me like never before'". The Sunday Times. UK. 6 avqust 2006. 29 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  5. "Voting positions: PTI won more popular votes than PPP". Daily Express. 25 dekabr 2011. 7 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  6. Jeewanjee, Zainab. "Would Imran Khan Call Ron Paul to Bat?". Foreign Policy. 9 yanvar 2012. 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-29.
  7. Talia Ralph. "The top 9 world leaders of 2012". GlobalPost. 20 dekabr 2012. 12 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  8. "Asia Society Poll: Imran Khan – Asia's Person of the Year". The Express Tribune. 25 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  9. "İmran Xanın cəzasını harada çəkəcəyi bəlli oldu - YENİLƏNİB". Oxu.Az (az.). 2023-08-05. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-05.
  10. "İmran Xana 5 il siyasətlə məşğul olmaq qadağan edildi". Oxu.Az (az.). 2023-08-08. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-08.