İmtiyazlı səhm

İmtiyazlı səhm (Preferred share) - Emitentin  təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində divident almasına təminat verən, emitentin ləğvindən sonra onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür. İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş divident adi səhmdarlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir. Yuxarıda sadalanan üstünlüklərinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imtiyazlı səhmdarların divident gəlirləri artmır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1.  MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.106

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]