İnəgölün alınması

İnəgölün alınması və ya Bizans mənbələrindəki adı ilə Angelokoma mühasirəsi İnəgöl Təkfurluğunun (Angelokoma Təkfurluğu) təkfuru olan Aya Nikola ilə Osmanlı imperiyasının Ordu komandanı olan Turqut bəy arasında baş vermiş olan müharibədir. Müharibə türklərin qələbəsi ilə başa çatmışdır. Bu qələbə Osmanlı tarixində Qulacahisarın alınmasından sonrakı ilk qələbələrdən biridir. Bu qələbə zamanı Osman Qazinin böyük qardaşı olan Gündüz bəy şəhid olmuş, Nikola isə Turqut Alp tərəfindən öldürülmüşdür. Bu qələbə 1299-cu ildə baş vermişdir. Bu qələbədən sonra Qoyunhisar müharibəsi (1302), Bursanın mühasirəsi (1326) və Osmanlı imperiyasının yaradılması baş vermişdir.

İnəgölün alınması
Tarix 1299
Yeri İnəgöl
Nəticəsi

Qəti müsəlman türk qələbəsi.

Münaqişə tərəfləri

Bizans imperiyası

Osmanlı imperiyası

Komandan(lar)

Aya Nikola  

Turqut bəy
Gündüz bəy 

İtkilər

Qaladakı Bizans ordusunun əsgərlərinin hamısı və təkfur Aya Nikola öldürülmüşdür

Gündüz bəy başda olmaqla xeyli türk öldürülmüşdür