Qulacahisarın alınması və ya Qulacahisar hücumu; 1285-ci ildə Osman bəyin komandanlığı altında olan türk qoşunları ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir.
Qulacahisarın alınması | |||
---|---|---|---|
Bizans-Osmanlı müharibələri | |||
Tarix | 1285 | ||
Yeri |
|
||
Səbəbi |
Ermənibeli müharibəsində I Osmanın qardaşı Savcı bəyin oğlu olan Bayhocanın öldürülməsi
|
||
Nəticəsi | Qəti türk qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
I Osman İnəgöldən bir neçə fərsəx uzaqda yerləşən və Əmirdağın ətəyində olan bu qalanı Ermənibeli müharibəsində qardaşı Savcı bəyin oğlu olan Bayhocanın öldürülməsindən sonra ələ keçirmişdi. 300 nəfərlik hərbi qüvvə ilə gecə basqını nəticəsində qala türklərin əlinə keçmişdir. Bu, Osmanlı imperiyasının tarixində ilk qala alınmasıdır.[2] Xristian xalq Osman bəyin sultanlığını qəbul etdiyi üçün oradakı insanlara zərər vurulmamışdır. Osman bəy qalanı yerlə-yeksan etmiş olsa da, camaatın canını bağışlamış və onları əsir götürmüşdür.[3]