İnarə Babayeva

Babayeva İnarə Əhməd qızıAzərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti.

İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı
Ümumi məlumatlar
Doğum tarixi (47 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Səs tembri soprano
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.[1]. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və  kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: 

İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” ,

F.Leqarın - “Şən dul qadın”,

Q.Qarayevin- “Çılğın qasqonçu”,

Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa  etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları

  • Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli
  • Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli
  • Humay- «İntizar» F.Əlizadə
  • Zoluşka-«Zoluşka» L.Vaynştey
  • Cırtdan- «Cırtdan» N.Əliverdibəyov
  • Rozina- «Sevilya bərbəri» C.Rossini
  • Serpina -“Hammı elə edir” V.Mozart
  • Adina -“Sevgi şərbəti” Donizetti
  • Süzanna -“Don-Juan” V.Mozart
  • Oskar-“Bal-Maskarad” D.Verdi
  • Pamina-“Sehirli-tetək” V.Mozart
  • Dilbər-“Sevil”F.Əmirov
  • Amur-“Orfey və Evredika” Gluk
  • Məhsəti-“Məhsəti” P.Axundova
  • Cilda-   «Riqoletto» C.Verdi
  • Violetta- “Traviata» C.Verdi
  • Muzetta- «Boqema» C.Puççini
  • Mikaella-«Karmen»,J.Bizen və s

Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir.

İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir.                 

İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir. 2018- ci ildə müvəfəqiyyətlə 2 təhsilini başa vuran İ.Babayeva Heydər Əliyev sarayında Azərbaycanda ilk, dəfə Mədəniyyət kanalının təşkilatçılığı ilə,keçirilən uşaq müziklin “Ələddin”tamaşasına quruluş verir. Paralel olaraq, İ.Babayeva 2016 cı ildən Azərbaycan Televiziya və Radionun solistidir.Onun ifasında,dünya və Azərbaycan  klasssik musiqi inciləri Televiziyanın musiqi kollektivlərinin müşayiəti  ilə, lentə alınaraq,radionun qızıl fondunda saxlanılır.

İnarə Babayeva 27 sentyabr 2019-ci il tarixində Akademik opera və Balet teatrında Dahi Məhsəti Gəncəviyə həsr olunuş,musiqisi Pikə Axundovaya,libretto müəllifi Leyla Qədirzadəyə məxsus “Məhsəti” operasında baş rolun, eyni zamanda operanın quruluşunu tamaşaçılara uğurla təqdim etmişdir .İnarə Babayevanın bütün bu xidmətləri Ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək,Ona 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına Prezident mükafatına layiq görülmüşdür.

30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 7 may 2020-ci ildə[7], 7 may 2021-ci ildə[8], 10 may 2022-ci ildə[9] və 9 may 2024-cü ildə[10] Prezident Mükafatına layiq görülmüşdür.

  1. "Babayeva İnarə Əhməd qızı Əməkdar Artist, Prezident mükafatçısı". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.