İncə Məmməd (roman)

İncə Məmməd - Türkiyə yazıçısı Yaşar Kamalın 1953-cü ildə yazdığı romanı.

İncə Məmməd
türk. İnce Memed
Müəllif Yaşar Kamal
Janr roman
Orijinalın dili türk
Ölkə
Orijinalın nəşr ili 1955
Nəşriyyat Çağlayan
Səhifə 436

Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən bu roman Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilk romanıdır. 1953-1954-cü illərdə "Cümhuriyyət" qəzetində yayınlanmış, 1955-ci ildə Çağlayan nəşriyyatı tərəfindən iki cildlik kitab şəklində çap olunmuşdur Əsər 1956-cı ildə "Varlıq" jurnalının təsis etdiyi "Varlıq Roman mükafatı"na layiq görülmüşdür.

1957-ci ildə roman bolqar dilinə, 1959-cu ildə Nazim Hikmət tərəfindən rus dilinə tərcümə olundu. Daha sonra 1961-ci ildə Eduard Roditi və Tilda Kamal tərəfindən ingilis dilinə, Qüzin Dino tərəfindən fransız dilinə tərcümə olundu və İngiltərə, ABŞ, İtaliyaFransada nəşr olundu. Növbəti il almanispan dilinə də tərcümə olunan roman indiyədək 40-dan çox dilə tərcümə olunmuşdur.[1]

Yaşar Kamal daha sonra romanın davamı olaraq 3 kitab daha yazmışdır və roman qəhrəmanını 1987-ci ilə qədər yaşatdırmışdır. Roman seriyanın ilkidir və 1923-1933-cü illərdən bəhs edir.

"İncə Məmməd"-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Anadolu xalqının savadsızlığı, cəhaləti, kənd həyatının səfaləti və kənd ağalarının bölgələrə hakim olmasına üsyan xarakterli romandır.

Dəyirmanoluq kəndinin sakinlərinə kənddən qırağa çıxmağa icazə yoxdur. Onlar buranın öz qayda qanunları ilə yaşamaq məcburiyyətindədirlər. Abdi ağa kənddə qanunları müəyyənləşdirir. Xaricdən heç kim kəndə gələ bilməz.

Kəndin uşaqlarından İncə Məmməd günlərdir Abdi ağanın tarlasında işləyir, amma Abdi ağa onun anasını və özünü döyməyə davam edir. Məmməd artıq bu vəziyyətdən bezir və Kəsmə kəndində yaşayan Süleyman adlı kəndliyə sığınır. Məmməd güclə də olsa kənddən qaça bilmişdir. Məmməd qışı Kəsmə kəndində keçirir və burada çobanlıq edir. Anası və kəndi üçün darixsa da geri qyimamaqda qərarlıdır. Bir gün onun kəndindən biri onu görür və bu xəbəri anası - Dönəyə çatdırır. Xəbər ağızdan-ağıza yayılır və sonda Abdi ağanın qulağına gedib çatır. Abdi ağa Məmmədi Süleymanın evindən alıb kəndə qaytarır. O yay Məmməd Abdi ağanın tarlasında işləyir və Abdi ağa ona cəza olaraq ancaq məhsulun dörddə birini verir. Məmməd və anası qışı böyük çətinliklə keçirirlər.

Bir neçə il sonra Məmməd və dostu Mustafa ilk dəfə qəsəbəyə gedirlər və yolda cəsur Böyük Əhmədlə qarşılaşırlar. Qəsəbədəki həyat Məmmədə böyük təsir göstərir. Ağaların olmadığı bu həyat onu cəzb edir. Məmməd sevgilisi Hatçenin Abdi ağanın qohumu ilə evləndiyi öyrənəndə növbəti gecə Hatçeni qaçırıb kənddən uzaqlaşırlar. Onları tapmaq üçün Abdi ağan, adamları və qohumu yola düşürlər. Aralarında döyüş baş verir. İncə Məmməd Abdi ağanın qohumunu öldürür, onun özünün isə yaralayır. Hatçe isə onların əlinə keçir. Məmmədin sığınacağı olmadığı üçün Dəli Durdu adlı şəxsin qrupuna qoşulur, amma onun etdiyi haqsızlıqlardan sonra ondan nifrət edir.

Bu zaman Abdi ağa Hatçeni cəzalandırmaq üçün jandarmaya qohumunun Hatçe tərəfindən öldürüldüyü bildirir və Hatçe həbsxanaya salınır.

Sonda Məmməd dostları Rəcəb Çavuş və Cabbar ilə Dəli Durdunun qrupundan ayrılır. Bir gecə kəndinə gələndə anasının öldüyünü və Hatçenin başına gələnləri öyrənir. Abdi ağanı təqib etməyə başlayır.

Abdi ağa Məmmədi öldürmək üçün plan qurur. Məmməd isə Hatçeni və dostunu həbsxanadan qaçırır, kəndliləri Abdi ağaya qarşı gəlmələri üçün ürəkləndirir. O qış kəndlilərdən heç biri Abdi ağa üçün işləmirlər.

Abdi ağa Ankaraya teleqraf çəkib Məmmədin yerini deyir. Jandarmalar Məmmədi sıxışdırırlar və atışma başlayır. Bu zaman Hatçe doğum edir. Buna görə təslim olur, amma Hatçeni vururlar. Aylardır onu qovalayan Asim Çavuş ona bir şans verir və əsgərləri ilə geri çəkilir. Yeni doğulan uşağını Hatçenin dostu İraz alıb Qaziantepdəki bir kəndə aparır.

Məmməd kəndə gəlib Abdi ağanı öldürür. Bütün kənd bayram keçirir. Məmməd isə dağlara gedir və ondan bir daha xəbər çıxmır.

  • İncə Məmməd - romanın baş qəhrəmanı. Dəyirmanoluq kəndində Səfil İbrahim ilə Dönənin tək oğlu. Kiçik yaşlarında yetim qalmışdır və anası ilə birlikdə yaşamaqdadır. Romana görə əsl adı İncə Ufodur və əslən Qəhrəmanmaraşın Helete kəndindəndir.
  • Dönə - İncə Məmmədin anası. Abdi ağadan çox işgəncə görmüşdür. Təmiz ürəklidir.
  • Abdi ağa - Tikanlıdüzdəki 5 kəndin ağasıdır və zalım obrazdır.
  • Hatçe - Məmmədin sevgilisi və daha sonra arvadı. Abdi ağa tərəfindən şərə məruz qalıb həbsxanaya atılmışdır. Daha sonra Məmməd tərəfindən xilas edilmişdi. Məmməddən bir oğlan uşağı doğmuş, amma dağdakı atışmada ölmüşdür.
  • Cabbar - İncə Məmmədin dostu. Dəli Durdunun qrupunda olmuşdu. Amma Məmməd Dəli Durduya qarşı çıxanda Məmmədə tərəfkeş olmuşdu. Lakin onlar sonra ayrıldılar.
  • Süleyman - Məmmədin sığındığı kəndli. Ona ata kimi baxmışdır və Dəli Durduya qoşulmasını təmin etmişdir.
  • Rəcəb Çavuş - İncə Məmmədin dostu. Haradan gəldiyi məlum deyil. Bir atışmada yaralanmış və ölmüşdür.
  • Topal Əli - İncə Məmmədin dostu. Əvvəl Məmmədin düşməni olsa da daha sonra dosta çevrilmişdilər. Topal Əli çox ağıllı təqibçidir.

Yaşar Kamalın bu romanı əsasında 1984-cü ildə ingilis yazıçısı Peter Ustinov tərəfindən "Şahinim Məmməd" filmi çəkilmişdir. Filmin senaristi və rejissoru olan Ustinov Abdi ağa rolunu canlandırmışdı. Yunan bəstəkar Mano Hakidakis film üçün "Şir və Şahin" mahnısını bəstələmişdir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-13.
  2. "Arxivlənmiş surət". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-13.