İncəsu — Azərbaycan Respublikasının Qazax rayonunun İncə dərəsində və Qərbi Azərbaycanın Barana rayonunda (Noyemberyan) çay, Kürün sağ qolu.
İncəsu | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon |
|
Mənbəyi | Qərbi Azərbaycanın, Barana rayonu (Noyemberyan) |
• Yüksəkliyi | 1 400 m |
Mənsəbi | Qazax rayonu, Kür |
Uzunluğu | 44 km |
Hövzəsinin sahəsi | 245 km² |
Uzunluğu 44 km, hövzəsinin sahəsi 245 km.kvadratdır. İki dövlətin, Azərbaycan və Ermənistanın ərazisindən axır. Sahəsinin çox böyük hissəsi Qazax ərazisindən keçir və qərbdən şərqə doğru axır. İncəsu öz başlanğıcını Qərbi Azərbaycanın Barana rayonundan (Noyemberyan) götürür, Azərbaycan Respublikasının Qazax rayonuna daxil olur. Burada İncəsu İncə dərəsindən (Kəmərli, Qaymaqlı, və Aslanbəyli) kəndlərindən keçərək, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərinin yaxınlığından Kürə tökülür.
Əsasən yağış suları ilə qidalanır. Aşağı axını ilin çox vaxtı quruyur. Suvarmada geniş istifadə edilir.