Pakistan–İndoneziya münasibətləri — Pakistan və İndoneziya arasında iki tərəfli diplomatik əlaqələr. Hər iki ölkə islam dövlətləri arasında əhallisinin sayına görə liderdilər. Hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Cakartada Pakistan səfirliyi, İslamabadda isə İndoneziya fəfirliyi mövcuddur[1][2].
Pakistan-İndoneziya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İndoneziya İstiqlal müharibəsi zamanı Məhəmməd Əli Cinnah Britaniya Hindistanının ordusunda xidmət edən müsəlmman əsgərlərinə İndoneziyanı Hiderland kolonistlərinə qarşı mbarizəsində dəstəkləməyə çağırır. Nəticədə Britaniya Hindistanının ordusunda xidmət edən müsəlman 600 əsgər ordudan qaçaraq İndoneziyanın yardımına gəlir[3]. Bu 600 əsgərdən 500 nəfəri şəhid olur, 100 nəfər isə Pakistana qayıdır. İndoneziya bu hadisə ilə əlaqədar olaraq ölkənin qızıl yubleyi zamanı İndoneziyanın müstəqilliyi uğrunda vuruşan əsgərləri və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahı ali ordenlərlə təltif etmişdir[4].
İndoneziya ilə Pakistan arasında münasibətlər Pakistanın ikinci Prezidenti Eyyub xanın dönəmində dahada möhkəmlənir. 1965-ci ildə İkinci Hindistan-Pakistan müharibəsi zamanı İndoneziya Pakistana Andaman və Nikobar adalarını işğal etməklə hərbi yardım etmək təklifini verir. Burada hədəf hindliləri Kəşmirdəki döyüşlərdən yayındırmaq olur[5][6].
Pakistan İndoneziya ilə müdafiə istiqamətində əməkdaşlıq haqqında müqavilə imzalamışdır[7]. İndoneziyaya Çin və Pakistanın ortaq layihəsi olan JF-17 Thunder təyyarələrinin istehsalında iştirak etmək təklifi olunmuşdur. İndoneziya və Pakistan arasında hərbi təcrübələrin mübadiləsi və zabitlərin təlimi ilə bağlı anlaşmalar vardır[8].
İndoneziya və Pakistan arasında iki tərəfli ticarət dövriyyəsi 1 mlrd dollar təşkil edir[3][9]. Pakistan İndoneziyaya[10][11] dəniz məhsulları, tekstil, tibb avadanlıqları, çəltik, buğda və xalça ixrac edir. Əvəzində isə palma yağı alır.
Pakistanda 100 İndoneziyalı tələbə müxtəlif universitetlərdə təhsil alır[12]. bundan əklavə indoneziyalı zabitlər təcrübələrini artırmaqdan ötrü pakistanın hərbi məktəblərində təlim keçirlər. İndoneziyadan Pakistana dini biliklər almaqdan ötrü gələn çoxlu sayda tələbə vardır[13].
Pakistan 2014-cü ildə Hind okeanında baş vermiş zəlzələ və sunamidən sonra indoneziyaya unmanitar yardım etmişdir. İndoneziya isə 2010-cu ildə Pakistanda baş vermiş daşqın zamanı bu ölkəyə 15 ton tibbi və qida yardımı etmişdir. Umanitar yardımın ümumi dəyəri 1 mlyon ABŞ dolları olmuşdur[14].
İndoneziyanın birinci qadın prezidenti Meqavati Sukarnoputri 2003-cü ilin dekabrında İslamabadda 3 günlük rəsmi səfərdə olmuşdur[15]. 2005-ci ildə isə indoneziyanın keçmiş prezidenti Susilo Bambanq Yudhoyono Pakistanı ziyarət etmişdir. 2007-ci ilin yanvarında Pakistan Prezidenti Pərviz Müşərrəf İndoneziyanı ziyarət edərkən İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyoni ilə görüşmüşdür[16]. 2010-cu ilin noyabrında Pakistan Xarici işlər Naziri Şax Mahmud Kureşi indoneziyada səfərdə olarkən həmkarı ilə tuicarət, terrorozm, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələr aparmışdır[17].