İnessa Armand (fr. Élisabeth Pécheux d’Herbenville); 26 aprel 1874, Paris – 24 sentyabr 1920[1][2], Nalçik) — Rusiya inqilabi hərəkatın təşviqatçısı.
İnessa Armand | |
---|---|
fr. Inès Armand | |
Doğum tarixi | 26 aprel 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 1920[1][2] (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vəba |
Dəfn yeri | |
Fəaliyyəti | inqilabçı, redaktor[d], siyasətçi, communist[d], feminist[d] |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir İliçin seçdiyi qadın İnessa Armand idi. Lenin Armandla 1910-cu ildə tanış olmuşdu. Parisə gənc inqilabçı İnessa Armand təşrif buyurmuşdu. O, eleqant, həyatsevər və qeyri-adi idi. Onun üzərində inqilab və həyat eşqi uzlaşırdı. Lenini də cəlb edən elə bu amillər idi. Maraqlısı odur ki, yaraşıqlı qadınlar Lenini cəlb etməzdi. Onun heç yoldaşları da yox idi. Lakin Armandı görər-görməz hər şey büsbütün dəyişdi. Şahidlər bu haqda belə deyirdi: "Bir sözlə, Lenin qıyıq gözlərini balaca fransız qızından çəkməzdi". Armand, jurnalistlərin dili ilə desək, "rəhbərin muzası" idi. Lenin öz ehtirasını Armanda ingilis dilində belə ifadə edib: "Oh, I would like to kiss you thousand times…" ("Səni min dəfə öpərdim…")
"Ayrıldıq, ayrıldıq biz, əzizim! Bu elə kədərlidir… Bilirəm ki, bir daha buralara gəlməyəcəksən! Həyatda necə önəmli yer tutduğunu mən indi dərk etdim". Bu, İnessa Armandın Leninə yazdığı və bu günədək qorunub saxlanmış məktubundan bir hissədir. Qalan məktubları isə İnessa sevgilisinin istəyi ilə məhv edib. Çünki Lenin artıq partiya lideri idi və vəzifəsi haqqında düşünürdü. Qız isə hələ də onu düşünürdü və sevməyə davam edirdi… Leninin görmə qabiliyyəti zəif olub. Şairlər Leninin məşhur qıyıq gözlərini mədh edərdi. Onun sol gözü pis gördüyündən nəyəsə diqqətlə baxmaq üçün var-gəl edirdi. Sol gözü ilə oxuyar (uzağı görmürdü), sağ gözü iləsə uzaq məsafəyə baxırdı (yaxını görmürdü). Lakin İnessa Armandı dərhal sezdi. Gözəl və temperamentli inqilabçı və əlbir iş… Ehtiraslı və təcrübəli Armand Lenin üçün yeni həzz dünyası açdı. Bu, Leninə inqilabla məşğul olmaq qədər həzz verirdi. Buna baxmayaraq, Lenin İnessa Armandla münasibətlərin ən qızğın çağında belə arvadını tərk etmədi. Çünki Lenin sevgini ötəri hesab edirdi. Uzaqgörən siyasətçi Krupskaya ilə dostluq münasibətlərinə nöqtə qoymağa çalışmırdı.
Krupskaya həyatını Leninə sərf etmişdi. Onları ümumi ideya, qarşılıqlı hörmət birləşdirirdi. Vladimir İliç arvadını qiymətləndirirdi, onun iztirablarını anlayırdı. Nadejdanın sadiqliyi və etibarlılığı onun üçün əhəmiyyətli idi. Çünki təhsilli qadın olan Nadejda heç vaxt şikayət etmədən Leninə hər şeydə yardım edirdi.
İnessa ilə sevgi romanı nə az, nə çox — 5 il davam etdi. Lenin işi İnessadan üstün tutaraq bu münasibətlərə son qoymaq qərarına gəldi. Bununla belə, o dövrün şirinliyi hələ də Leninin xatirəsində qalmışdı. Ümumiyyətlə, onun pərəstişkarları çox idi, səcdə edən inşalar ona hər şeyi bağışlayırdı. Amma onun məxfi, intim və ürək dostu yox idi. Daha doğrusu, İnessa Armanddan başqası olmadı. Armand vəba xəstəliyindən vəfat edəndə Vladimir İliç tabutun arxasınca bütün şəhəri fırlandı. Görəsən, Lenin həmin saatlarda nə düşünürdü? İnessa Armandın sevgisindən əbəs yerə imtina etdiyinimi, onu incitdiyinimi düşünürdü? Bəlkə, öz tənhalığını hiss edirdi? Və ya tezliklə əlil arabasında gəzəcəyini?
Kim bilir, əgər Leninin sevimli arvadı, bütöv ailəsi, uşaqları olsaydı, bəlkə də, inqilab, Vətəndaş müharibəsi, sovet dövləti qana susamazdı. Xoşbəxt ailəsi olsaydı və vaxtını arvad-uşaqlarına ayırsaydı heç bəlkə də, inqilab baş verməzdi…
1922-ci ilin mayın 25-də Lenin iflic oldu: iflic sağ əl, sağ ayaq və nitqinə təsir etmişdi. Stalin yaxın insanlarının əhatəsində onun vəziyyətini soyuqqanlıqla şərh etmişdi: "Lenin kaput!"
İnqilab başçısının orqanizmi vaxtından əvvəl köhnəlirdi. Fiziki və əsəb-emosional sistemi həddindən artıq yüklənməyə dözmürdü. Həyatının ilk 46 ilində (daha doğrusu, 1917-ci ildə mühacirətdən Rusiyaya qayıtdıqda) Lenin ədəbiyyatla məşğul olaraq sakit həyat tərzi keçirirdi. O, ölkə idarəçiliyini ələ almaq, xaos girdabına baş vurmaq və müharibə aparmaq iqtidarında deyildi.
İlk iflicdən sonra Lenin tam iş rejiminə qayıtmadı. Onun yaratdığı hakimiyyət pilləsində isə qeyri-stabillik baş verirdi. Bolşevik hakimiyyətində vəzifə uğrunda mübarizə gedirdi.
Həkimlərin qadağasına baxmayaraq, çarpayıya məhkum edilmiş Lenin işə qayıdaraq ölkənin siyasi həyatında iştirak və təsir etmək istəyirdi. Lakin tezliklə Lenin onun fikirlərinin artıq heç kimin marağında olmadığını hiss etdi. O, demək olar, ikinci dərəcəli insana çevrildi. Bütün partiya baş katib Stalinin əlinə keçmişdi.
Bəlkə də, o, ağır xəstə olan vaxtlarda Stalin və onun aparatının Leninə qarşı çevrilməsəydi, hər şeyə dözərdi. Vladimir İliç həyatını itirməmişdən qabaq hələ ölkə və partiya üzərində hakimiyyətini itirdi…
Vladimir İliç hakimiyyət pərəstişkarı idi. Hakimiyyətə görə Rusiyanın yarısını da verməyə hazır idi. O, kommunizm, xoşbəxt cəmiyyətin quruculuq ideyalarını inkişaf etdirdi. Xoşbəxt olmaq istəyirsiniz? Demək, qurban vermək lazımdır. Hər halda, Lenin XIX əsrin insanı olaraq qaldı.