İzabella Mariya Braqanza (isp. Isabel Maria da Conceição Joana Gualberta Ana Francisca de Assis Xavier de Paula de Alcântara Antónia Rafaela Micaela Gabriela Joaquina Gonzaga de Bragança e Bourbon) (4 iyul 1801, Lissabon – 22 aprel 1876) — İspaniya və Portuqaliya infantası.
İnfanta İzabella Mariya Braqanza | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1801 |
Doğum yeri | |
Vəfat tarixi | 22 aprel 1876 (74 yaşında) |
Dəfn yeri |
|
Anası | İnfanta Şarlotta (Portuqaliya kraliçası) |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı.
1826-cı ildə atası vəfat etdi və qardaşı Pedro Portuqaliya kralı elan olundu. Ancaq o əsnada yeni kral Braziliyada, digər qardaşı İnfant Miquel isə Vyanada idi. Böyük bacıları Mariya Tereza və Mariya Fransiska isə İspaniya infantlarıyla evlənib Madridə köçmüşdülər. Bu səbəblə ailənin Portuqaliyadakı ən böyük nümayəndəsi olaraq İzabella Mariya qısa müddətliyinə kralın naibəsi elan olundu.
Ancaq o illərdə Braziliya imperatoru olan qardaşı Pedro üçün Portuqaliya çox kiçik bir krallıq idi. Bu səbəblə bir neçə ay sonra qardaşı Miquellə evlənməsi şərtiylə, qızı Mariyanı Portuqaliya kraliçası elan edərək taxtdan çəkildi. O əsnada qızın 7 yaşı var idi və bu səbəblə yeni kraliçanın bibisi olaraq İzabella Mariyanın naibəliyi uzadıldı.
Qardaşı Miquel isə qardaşı qızıyla evlənmək imtina etmiş, 1828-ci ilin fevralında taxt naibliyinə ələ keçirmişdi. 5 aylıq naibliyin ardından isə qardaşı qızını devirərək hakimiyyəti ələ aldı. Ancaq 6 il sonra II Mariya yenidən hakimiyyətə gətirildi.
Bütün bu iğtişaşlar əsnasında isə İzabella Mariya dövlət işlərindən əl çəkib, dini həyata yönəldi. 1876-cı ildə vəfat etdi. Heç vaxt evlənmədi və övladı olmadı.