İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775[1][2] – 7 yanvar 1830[1][2]) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası.
Karlota Joakina | |
---|---|
port. Carlota Joaquina de Bourbon | |
Şəxsi məlumatlar | |
Doğum adı | Carlota Joaquima d'Espanya |
Doğum tarixi | 25 aprel 1775[1][2] |
Vəfat tarixi | 7 yanvar 1830[1][2] (54 yaşında) |
Atası | IV Karl (İspaniya kralı) |
Anası | Parmalı Mariya Luiza |
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi.
Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi. Üstəlik o, digər tərəfdən Napoleon Bonapartın qardaşı Jozefin əlində olan İspaniya taxt-tacınz da göz -qoymuşdu.
1817-ci ildə oğlu Pedronun Müqəddəs Roma imperatoru II Fransiskin qızı Leopoldinayla evlənməsinin ardından Portuqaliya monarx ailəsi Avropada müttəfiq qazanmağa başladılar. Daha sonra bütün ailə 1821-ci ildə Portuqaliyaya geri qayıtdı və Şarlotta gəldikdən dərhal sonra Queloz sarayına həbs edildi. Ömrünün son 9 ilini burada övladları tərəfindən tərk edilmiş vəziyyətdə keçirən Şarlotta 7 yanvar 1830-cu ildə burada vəfat etdi.